160 min nəfəri əhatə edən yol layihəsi – Naxçıvanda 420 kilometr yol yenilənəcək Naxçıvana 217 yeni avtobus alınacaq
Naxçıvana yeni böyük investisiya paketi: 217 avtobus, 420 kilometr yol, beşulduzlu hotel və 100 MVt-lıq enerji saxlancıNaxçıvanda yaxın illərdə nəqliyyat, yol, sənaye, energetika, kənd təsərrüfatı, turizm və sosial infrastrukturu əhatə edən geniş investisiya proqramı həyata keçiriləcək.
Planlara 217 yeni rayonlararası avtobusun alınması, 420 kilometrə yaxın yolun tikintisi və əsaslı təmiri, Naxçıvan Sənaye Parkında müasir sənaye komplekslərinin yaradılması, yeni beşulduzlu hotelin inşası və ən azı 100 meqavatlıq batareya enerji saxlanc qurğusunun yaradılması daxildir.
Prezident İlham Əliyev bildirib ki, Naxçıvanda təhlükəsizlik və enerji təminatı ilə bağlı əsas problemlərin həllindən sonra iqtisadi inkişaf və ixrac mərhələsinə keçilir.
Prezident deyib:
“Vacib olan məsələlər təhlükəsizlik məsələləri idi, bu həll olundu. Enerji təhlükəsizliyi idi, Naxçıvan Muxtar Respublikası üçün bu, həll olundu. İndi söhbət gedir ki, artıq Naxçıvan enerjinin ixracı ilə məşğul olacaq.”
Sənaye Parkı yeni iş yerlərinə təkan verməlidir
Naxçıvanda işsizliyin azaldılması üçün əsas layihələrdən biri Sənaye Parkıdır.
Prezident bildirib ki, burada müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur.
“Xüsusilə qeyd etdiyim kimi, Naxçıvan Sənaye Parkının yaradılması buna böyük təkan verəcək. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması nəzərdə tutulur.”
Sosial infrastrukturun yenilənməsi, o cümlədən uşaq bağçalarının tikintisi və təmiri də planlara daxildir.
Naxçıvana 217 yeni avtobus alınacaq
Naxçıvan şəhərində ictimai nəqliyyat parkının elektrik avtobusları ilə yenilənməsinə başlanılıb.
Prezident bildirib ki, şəhərdaxili nəqliyyatla bağlı məsələ həll olunub, lakin rayonlararası və şəhərlərarası nəqliyyatda problemlər qalır.
Buna görə 217 yeni avtobusun alınmasına dair göstəriş verilib.
İlham Əliyev deyib:
“Göstəriş verildi ki, 217 müasir rayonlararası avtobus alınsın, bu il və gələn il marşruta buraxılsın.”
Beləliklə, yeni avtobusların 2026 və 2027-ci illərdə mərhələli şəkildə istismara verilməsi nəzərdə tutulur.
420 kilometr yol – 160 min nəfərə təsir edəcək
Naxçıvanın kənd və rayon yollarının yenilənməsi də böyük proqramın tərkib hissəsidir.
Prezidentin açıqlamasına görə, təxminən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların çəkilməsi və əsaslı təmiri planlaşdırılır.
Layihələr 26 yaşayış məntəqəsini əhatə edəcək.
Bu yaşayış məntəqələrində təxminən 160 min nəfər yaşayır.
Prezident bildirib:
“Təqribən 420 kilometr uzunluğunda müxtəlif kateqoriyalı yolların həm çəkilişi, həm əsaslı təmiri nəzərdə tutulur. Bu 26 yaşayış məntəqəsindəki əhalinin sayı təxminən 160 min nəfərdir.”
Dövlət başçısı əlavə edib:
“Bu məsələ öz həllini tapacaq.”
Naxçıvan üçün “çox böyük maliyyətutumlu” yeni sərəncam
Prezident müsahibədə Naxçıvanda əlavə layihələrin həyata keçirilməsi üçün növbəti sərəncamın imzalanacağını da açıqlayıb.
Müsahibə avqustun 11-də verilib və Prezident növbəti gün əlavə tədbirlərlə bağlı sərəncam imzalayacağını bildirib.
Dövlət başçısı deyib:
“Əlavə tədbirlərin görülməsi üçün sabah mənim tərəfimdən növbəti Sərəncam imzalanacaq.”
Prezident sənədin maliyyə miqyasını xüsusi vurğulayıb:
“Bu, çox böyük maliyyətutumlu Sərəncam olacaq, orada konkret layihələr göstəriləcək.”
Eyni zamanda, layihələrin icrasına nəzarətin təmin ediləcəyi və işlərin sürətləndirilməsinin hədəfləndiyi bildirilib.
Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur vahid konsepsiya ilə inkişaf etdiriləcək
Prezidentin strateji baxışında ən mühüm yeniliklərdən biri üç regionun inkişafına vahid yanaşmanın tətbiq edilməsidir.
Söhbət Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurdan gedir.
İlham Əliyev deyib:
“Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir.”
Bu yanaşma çərçivəsində Naxçıvan şəhərinin yeni Baş planı hazırlanıb və Prezidentə təqdim edilib.
Baş plan şəhərin gələcək inkişafını, müasir infrastrukturun qurulmasını və yeni investisiyaların yerləşdirilməsini müəyyən edən əsas sənədlərdən biri olacaq.
Naxçıvanda beşulduzlu hotel tikiləcək
Turizm də yeni inkişaf strategiyasının əsas istiqamətlərindən biri olacaq.
Prezident bildirib ki, Naxçıvan zəngin tarixi abidələrə, təbiətə, təmiz havaya və turizm imkanlarına malik olsa da, keyfiyyətli hotellərin azlığı sektorun inkişafına mane olur.
İlham Əliyev deyib:
“Əfsuslar olsun ki, mehmanxanaların az olması və o qədər də səviyyəli olmaması turizmin inkişafını əngəlləyir.”
Bu problemi həll etmək məqsədilə Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu hotelin təməli qoyulub.
Prezidentin sözlərinə görə, hotelin təxminən 2028-ci ildə hazır olması gözlənilir.
Dövlət büdcəsindən hər il yüz milyonlarla manat
Prezident Naxçıvandakı inkişafın böyük hissəsinin uzun illər dövlət büdcəsi hesabına maliyyələşdirildiyini də bildirib.
İlham Əliyev deyib:
“Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib.”
Prezident əlavə edib ki, hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır.
“Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub”
Prezident Naxçıvanla Qarabağ və Şərqi Zəngəzurun inteqrasiyasına yalnız iqtisadi deyil, tarixi-coğrafi baxımdan da yanaşıb.
İlham Əliyev bildirib:
“Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub.”
Dövlət başçısının sözlərinə görə, məqsəd bu geniş coğrafiyanı “vahid, nümunəvi bir inkişaf diyarı” kimi formalaşdırmaqdır.
Naxçıvanda ən azı 100 MVt-lıq batareya sistemi qurulacaq
Regionda Günəş və su elektrik stansiyalarının sayının artması enerji saxlanc sistemlərinin yaradılmasını da zəruri edir.
Prezident bildirib ki, Azərbaycanda artıq iki 250 meqavatlıq batareya saxlanc qurğusu yaradılıb.
Naxçıvan üçün isə ilk mərhələdə ən azı 100 meqavat gücündə batareya saxlanc sisteminin qurulması tapşırılıb.
İlham Əliyev deyib:
“Mən göstəriş verdim ki, Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulsun.”
Batareyalar Günəş və su elektrik stansiyalarında istehsal olunan enerjinin saxlanılması və şəbəkəyə daha stabil verilməsi üçün istifadə ediləcək.
Naxçıvanda idarəetmə modeli də dəyişir
Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən Prezidentin xüsusi nümayəndəliyi modeli tətbiq olunub.
Prezident bildirib ki, Naxçıvanın muxtar respublika statusu saxlanılacaq, lakin idarəetmə qaydaları təkmilləşdirilməlidir.
İlham Əliyev deyib:
“Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.”
Prezident xüsusi nümayəndəlik modelinin Qarabağ və Şərqi Zəngəzurda üstünlüklərinin göründüyünü və eyni idarəetmə sisteminin Naxçıvanda da tətbiq olunduğunu bildirib.
Dövlət başçısının sözlərinə görə, kadr və struktur islahatlarının əsas məqsədi regionun inkişafını sürətləndirmək və əhalinin təhlükəsiz, rahat və firavan şəraitdə yaşamasını təmin etməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 1 gün sonra
-
-
31 d. əvvəl
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
-
1 saat əvvəl
"ABŞ və İran 60 günlük atəşkəsi uzatmaq barədə razılığa gəlib"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
-
3 saat əvvəl
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
“Mərmər İnşaat” şirkətinin biznes həcmi əhəmiyyətli şəkildə kiçilib
Azərbaycanda şirkətlərin sayı 6 faizə yaxın artıb
Bankda növbədənkənar yığıncaq keçiriləcək, investisiya şirkətinə əlavə maya qoyulacaq
“Böyük Dördlük” Azərbaycanda bazarın təxminən 60%-nə nəzarət edib
Ən çox oxunanlar
25 auditor subyektinin icazəsi dayandırılıb
Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Prezident 4 sərəncam imzaladı: səfirlər dəyişdirildi
Biznes hesab cəmi 3 dəqiqəyə: PAŞA Bank Biznes mobil tətbiqində!
Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb
Prezident Naxçıvan üçün 1000 MVt-a qədər Günəş enerjisi potensialını açıqladı – Elektrik Avropaya qədər gedə bilər
Prezidentdən Naxçıvan üçün 258 milyon manatlıq SƏRƏNCAM























