Universitet üçün 1000 yerlik yeni yataqxana kompleksi tikiləcək
Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yeni yataqxana kompleksinin tikintisi nəzərdə tutulub.
Marja.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, Naxçıvan Dövlət Universitetində 1000 yerlik yataqxana kompleksinin tikintisi məqsədilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılması nəzərdə tutulub.
Yeni yataqxana kompleksinin yaradılması universitetin tələbə infrastrukturu imkanlarının genişləndirilməsinə, xüsusilə Naxçıvan şəhərindən kənarda yaşayan və digər bölgələrdən təhsil almaq üçün universitetə gələn tələbələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək.
Layihə Naxçıvan Muxtar Respublikasında 2026–2027-ci illərdə həyata keçirilməsi planlaşdırılan genişmiqyaslı sosial və infrastruktur tədbirlərinin tərkib hissəsidir.
Prezidentin Sərəncamına əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə dövlət büdcəsindən və Naxçıvan Muxtar Respublikasının büdcəsindən ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bu vəsait enerji, avtomobil yolları, ictimai nəqliyyat, təhsil, yaşayış fondunun yenilənməsi və istilik infrastrukturu üzrə layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Təhsil infrastrukturu istiqamətində Naxçıvan Dövlət Universitetinin 1000 yerlik yataqxanası ilə yanaşı, muxtar respublikanın müxtəlif ərazilərində ümumilikdə 640 yerlik 5 yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi də nəzərdə tutulub. Həmin layihələr üçün əlavə olaraq 20 milyon manat ayrılması planlaşdırılır.
Beləliklə, yeni sərəncam çərçivəsində yalnız universitet yataqxanası və məktəbəqədər təhsil müəssisələrinin tikintisinə ümumilikdə 45 milyon manat yönəldilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev Sərəncamı 12 avqust 2026-cı ildə imzalayıb.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 17 d. əvvəl
-
-
35 d. əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
41 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
2 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
2 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır






























