Bankın eyni gündə 2 yeni filial fəaliyyətə başladı - Filialların sayı 18 oldu
Expressbank xidmət şəbəkəsini genişləndirərək Bakı şəhərində iki yeni filialını istifadəyə verib.
Marja.az xəbər verir ki, Bakıxanov və Həzi Aslanov ərazilərində yerləşən yeni filiallar eyni gündə fəaliyyətə başlayıb. Bununla da Expressbankın filiallarının ümumi sayı 18-ə çatıb.
Yeni xidmət nöqtələrinin açılmasında əsas məqsəd bank xidmətlərinin müştərilər üçün əlçatanlığının artırılması və fərdi, eləcə də biznes müştərilərinə daha yaxın ərazilərdə xidmət göstərilməsidir.
Bakıxanov və Həzi Aslanov filiallarında müştərilərə hesablaşma-kassa əməliyyatları, kredit və depozit məhsulları, bank kartları üzrə xidmətlər, pul köçürmələri, valyuta mübadiləsi və müxtəlif maliyyələşmə imkanları təqdim olunur.
Yeni filialların ünvanları aşağıdakılardır:
Bakıxanov filialı – Bakı şəhəri, Sabunçu rayonu, Ülvi Rəcəbli küçəsi 47.
Həzi Aslanov filialı – Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 64.
Expressbank xidmət şəbəkəsinin genişləndirilməsinin müştərilərin bank məhsul və xidmətlərinə çıxış imkanlarının artırılmasına xidmət etdiyini bildirib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
16 d. əvvəl
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir
-
- 31 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
-
1 saat əvvəl
Qarabağ üçün 19 “Yutong” avtobusu alınır – 3,4 milyon manatlıq müqavilə
-
1 saat əvvəl
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb
Rəsmi məzənnələr açıqlandı
Qərar verildi: Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti böyük toplantısı Bakıda olacaq
PepsiCo-da problem dərinləşir – PepsiCo-ya həftə ərzində ikinci zərbə: JPMorgan da reytinqini aşağı saldı
Tramp: "İran sonda təslim olacaq" – Hörmüzdən neft axınının rekord səviyyəyə çatdığını iddia etdi
OpenAI, 1,4 trilyon dollar qiymətləndirmə ilə 30 milyard dollar cəlb etməyi planlaşdırır






















