Kredit portfeli 3,5 milyon manat kiçilib, investorlara borcu 2,3 dəfə artıb – “FINCA Azerbaijan”da nə baş verir?
“FINCA Azerbaijan”ın kredit portfelindən 3,5 milyon manat “əriyib”. “FINCA Azerbaijan”da kreditlər azalır, istiqraz borcu sürətlə artır. Bank olmayan kredit təşkilatının qiymətli kağızlar üzrə faiz xərcləri təxminən 3,6 dəfə artıb. BOKT-nin istiqraz borcu 21,5 milyon manata çatıb.“FINCA Azerbaijan” MMC BOKT 2026-cı ilin ilk 6 ayını 998,52 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə təşkilatın xalis mənfəəti 813,21 min manat olmuşdu.
Marja.az “FINCA Azerbaijan”ın maliyyə hesabatına istinadən xəbər verir ki, BOKT-nin xalis mənfəəti illik müqayisədə 185,31 min manat və ya 22,8% artıb.
Mənfəətin artımı kredit portfelinin və faiz gəlirlərinin azalması fonunda qeydə alınıb. Hesabat dövründə təşkilatın faiz gəlirləri azalsa da, qeyri-faiz gəlirlərində ciddi artım, qeyri-faiz xərclərində azalma və əvvəlki illə müqayisədə daha aşağı kredit zərəri ehtiyatı mənfəətə müsbət təsir göstərib.
Faiz gəlirləri 10,1 milyon manata düşüb
2026-cı ilin yanvar-iyun aylarında “FINCA Azerbaijan”ın cəmi faiz gəlirləri 10 milyon 102,17 min manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 10 milyon 349,26 min manat idi. Beləliklə, faiz gəlirləri 247,09 min manat və ya 2,4% azalıb.
Müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 10 milyon 348,77 min manatdan 10 milyon 13,25 min manata düşüb. Bu istiqamətdə azalma 335,52 min manat və ya 3,2% təşkil edib.
Kreditlər üzrə faiz gəlirlərinin əsas hissəsi kənd təsərrüfatının payına düşüb. 2026-cı ilin ilk yarısında kənd təsərrüfatı kreditlərindən 9 milyon 600,67 min manat faiz gəliri əldə edilib. Bir il əvvəl bu göstərici 9 milyon 768,60 min manat idi. Beləliklə, kənd təsərrüfatı kreditlərindən faiz gəlirləri 1,7% azalıb.
Şəxsi istehlak məqsədilə fiziki şəxslərə verilən kreditlərdən əldə olunan faiz gəliri isə 580,17 min manatdan 412,58 min manata düşüb. Azalma 28,9% təşkil edib.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
Bununla yanaşı, maliyyə müəssisələrində yerləşdirilmiş depozitlərdən faiz gəlirləri kəskin artaraq 0,49 min manatdan 88,92 min manata yüksəlib. Bu gəlirlərin hamısı qeyri-rezident maliyyə müəssisələrində yerləşdirilmiş depozitlərin payına düşüb.
Faiz xərcləri artıb, qiymətli kağızlar üzrə xərc 3,6 dəfə yüksəlib
Hesabat dövründə “FINCA Azerbaijan”ın faiz xərcləri 3 milyon 421,50 min manatdan 3 milyon 628,72 min manata yüksəlib. Artım 207,22 min manat və ya 6,1% təşkil edib.
Banklardan cəlb edilmiş kreditlər üzrə faiz xərcləri 211,94 min manatdan 434,49 min manata yüksələrək 2 dəfədən çox artıb.
Digər maliyyə müəssisələrindən cəlb edilmiş kreditlər üzrə faiz xərcləri isə əksinə, 2 milyon 787,54 min manatdan 1 milyon 729,95 min manata enib. Bu istiqamətdə azalma təxminən 1 milyon 58 min manat və ya 37,9% olub.
Ən nəzərəçarpan artımlardan biri qiymətli kağızlar üzrə faiz xərclərində qeydə alınıb. Bu xərclər 2025-ci ilin ilk yarısındakı 383,77 min manatdan 2026-cı ilin ilk yarısında 1 milyon 367,32 min manata yüksəlib. Beləliklə, qiymətli kağızlar üzrə faiz xərcləri təxminən 3,6 dəfə artıb.
Digər faiz xərcləri də 38,25 min manatdan 96,96 min manata yüksəlib.
Nəticədə BOKT-nin xalis faiz gəliri 2025-ci ilin ilk yarısındakı 6 milyon 927,76 min manatdan 2026-cı ilin eyni dövründə 6 milyon 473,45 min manata düşüb. Azalma 454,31 min manat və ya 6,6% təşkil edib.
Qeyri-faiz gəlirləri təxminən 3 dəfə artıb
Faiz gəlirlərindəki azalmanın əksinə olaraq “FINCA Azerbaijan”ın qeyri-faiz gəlirlərində güclü artım baş verib. Qeyri-faiz gəlirləri 194,91 min manatdan 578,48 min manata yüksəlib. Artım 383,57 min manat və ya təxminən 197% təşkil edib.
Digər qeyri-faiz gəlirləri 416,37 min manatdan 927,65 min manata yüksələrək 2,2 dəfədən çox artıb.
Eyni zamanda, məzənnə dəyişməsindən xalis zərər böyüyüb. Bu istiqamətdə zərər 2025-ci ilin ilk yarısındakı 221,46 min manatdan 2026-cı ilin ilk yarısında 349,17 min manata çatıb.
Xərclər azalıb, əməkhaqqı fondu isə artıb
“FINCA Azerbaijan”ın qeyri-faiz xərcləri 2026-cı ilin ilk yarısında 6 milyon 413,35 min manat təşkil edib. Bir il əvvəl bu göstərici 6 milyon 578,35 min manat idi. Beləliklə, qeyri-faiz xərcləri 165 min manat və ya 2,5% azalıb.
Əməkhaqqı və digər kompensasiya xarakterli xərclər demək olar ki, dəyişməyərək 4 milyon 306,29 min manat təşkil edib. 2025-ci ilin ilk yarısında bu göstərici 4 milyon 307,38 min manat idi.
Birbaşa əməkhaqqı xərcləri isə 3 milyon 594,01 min manatdan 3 milyon 622,05 min manata yüksəlib.
Mükafatlar, kompensasiyalar və digər ödənişlər 144,05 min manatdan 130,49 min manata, sosial sığorta və məşğulluq fonduna ayırmalar daxil olmaqla sosial xərclər isə 569,32 min manatdan 553,75 min manata düşüb.
Əsas vəsaitlərlə bağlı xərclər 559,53 min manatdan 609,86 min manata yüksəlib. Bunun 538,76 min manatı amortizasiya xərclərinin payına düşüb. Bir il əvvəl amortizasiya xərcləri 455,56 min manat idi.
İcarə xərcləri isə 40,72 min manatdan 15,38 min manata düşüb.
İnzibati xərclər 525,96 min manatdan 501,06 min manata, digər qeyri-faiz xərcləri isə 1 milyon 185,48 min manatdan 996,14 min manata enib.
Əməliyyat mənfəəti 17% artıb
Gəlir və xərclərin nəticəsində “FINCA Azerbaijan”ın əməliyyat mənfəəti 638,58 min manat təşkil edib. 2025-ci ilin ilk yarısında əməliyyat mənfəəti 544,32 min manat olmuşdu. Beləliklə, göstərici 94,26 min manat və ya 17,3% artıb.
Kredit itkiləri üzrə ehtiyata ayrılmalar 2025-ci ilin ilk yarısındakı 333,39 min manatdan 2026-cı ilin ilk yarısında 173,22 min manata düşüb.
Başqa sözlə, kredit riskləri üzrə hesabat dövrünün ehtiyat xərci təxminən 48% azalıb.
Vergilər və gözlənilməz xərclər nəzərə alınmazdan əvvəl mənfəət 811,80 min manat təşkil edib.
Digər gəlir mənfəəti artırıb
2026-cı ilin ilk yarısında gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üzrə uçot dəyişikliklərindən 385,38 min manat mənfəət qeydə alınıb. Bu məbləğ hesabatda “sair mənfəət” kimi göstərilib. 2025-ci ilin eyni dövründə bu istiqamətdə 5 min manat zərər qeydə alınmışdı. Nəticədə “FINCA Azerbaijan”ın vergidən əvvəlki mənfəəti 872,71 min manatdan 1 milyon 197,18 min manata yüksəlib. Artım 37,2% təşkil edib.
Mənfəətdən ödənilən vergilər 59,50 min manatdan 198,66 min manata yüksəlib. Bütün bunlardan sonra BOKT-nin xalis mənfəəti 998,52 min manat olub. Ötən ilin ilk yarısı ilə müqayisədə xalis mənfəət 22,8% artıb.
Kredit portfeli 3,5 milyon manat azalıb
Mənfəətin artmasına baxmayaraq, “FINCA Azerbaijan”ın kredit portfelində azalma qeydə alınıb. 30 iyun 2026-cı il tarixinə müştərilərə verilmiş kreditlərin ümumi məbləği 65 milyon 552,57 min manat təşkil edib. Bir il əvvəl kredit portfeli 69 milyon 11,60 min manat idi. Beləliklə, kredit portfeli bir il ərzində 3 milyon 459,03 min manat və ya 5% kiçilib.
Kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyat 4 milyon 848,61 min manatdan 4 milyon 665,41 min manata düşüb.
Ehtiyat çıxıldıqdan sonra xalis kredit portfeli 64 milyon 162,99 min manatdan 60 milyon 887,16 min manata enib. Azalma 3 milyon 275,83 min manat və ya 5,1% təşkil edib.
Aktivlər 75,3 milyon manata çatıb
Kredit portfelinin azalmasına baxmayaraq, “FINCA Azerbaijan”ın cəmi aktivləri artıb. 30 iyun 2026-cı il tarixinə BOKT-nin aktivləri 75 milyon 344,34 min manat təşkil edib. 30 iyun 2025-ci ildə aktivlər 72 milyon 80,73 min manat idi. Beləliklə, aktivlər bir il ərzində 3 milyon 263,61 min manat və ya 4,5% artıb.
Nağd vəsait və hesab qalıqları 4 milyon 337,98 min manatdan 5 milyon 212 min manata yüksəlib.
Bundan əlavə, 2026-cı ilin iyun ayının sonunda banklarda yerləşdirilmiş müddətli depozitlərin həcmi 3,5 milyon manat təşkil edib. Bu vəsait tam olaraq rezident banklarda yerləşdirilib. 2025-ci ilin eyni tarixində bu maddə üzrə vəsait göstərilməmişdi.
Əsas vəsaitlərin balans dəyəri 1 milyon 273,21 min manatdan 1 milyon 487,51 min manata yüksəlib.
Qeyri-maddi aktivlər isə 935,81 min manatdan 1 milyon 981,66 min manata çataraq 2 dəfədən çox artıb.
Digər aktivlərin həcmi də 1 milyon 370,74 min manatdan 2 milyon 276,01 min manata yüksəlib.
Maliyyələşmənin strukturu ciddi dəyişib
Balans hesabatı “FINCA Azerbaijan”ın maliyyələşmə mənbələrinin strukturunda nəzərəçarpan dəyişikliklərin baş verdiyini göstərir.
Cəlb edilmiş vəsaitlərin ümumi məbləği 2025-ci ilin iyun ayının sonundakı 40 milyon 55,62 min manatdan 2026-cı ilin iyun ayının sonunda 30 milyon 411,93 min manata düşüb. Azalma 24,1% təşkil edib.
Bununla belə, bank kreditlərinin həcmi kəskin artıb. Banklardan alınmış kreditlər 1 milyon 403,62 min manatdan 9 milyon 42 min manata yüksəlib. Bu, 6,4 dəfədən çox artım deməkdir.
Digər maliyyə institutlarından alınmış kreditlər isə 38 milyon 652 min manatdan 21 milyon 369,93 min manata düşüb. Azalma 17 milyon 282,07 min manat və ya 44,7% təşkil edib.
Digər maliyyə institutlarından cəlb edilmiş kreditlərin 21 milyon 37,93 min manatı qeyri-rezidentlərin, 332 min manatı isə rezidentlərin payına düşüb.
Qiymətli kağızlar üzrə öhdəlik 21,5 milyon manata yüksəlib
Balansda ən böyük dəyişikliklərdən biri qiymətli kağızlar üzrə öhdəliklərdə qeydə alınıb. 2025-ci ilin ilk yarısının sonunda “FINCA Azerbaijan”ın qiymətli kağızlar üzrə öhdəliyi 9 milyon 250 min manat olduğu halda, 2026-cı ilin iyun ayının sonunda bu göstərici 21 milyon 500 min manata çatıb. Beləliklə, qiymətli kağızlar üzrə öhdəliklər 12 milyon 250 min manat və ya 132,4% artıb.
Bu artım faiz xərclərinin strukturunda da özünü göstərib: qiymətli kağızlar üzrə faiz xərclərinin bir ildə 383,77 min manatdan 1 milyon 367,32 min manata yüksəlməsi BOKT-nin maliyyələşməsində kapital bazarı alətlərinin rolunun artdığını göstərir.
Digər öhdəliklər 3 milyon 868,90 min manatdan 4 milyon 976,39 min manata yüksəlib.
Nəticədə “FINCA Azerbaijan”ın cəmi öhdəlikləri 53 milyon 174,52 min manatdan 56 milyon 888,32 min manata çatıb. Öhdəliklər bir il ərzində 3 milyon 713,80 min manat və ya 7% artıb.
Kapitalı azalıb
30 iyun 2026-cı il tarixinə “FINCA Azerbaijan”ın cəmi kapitalı 18 milyon 456,02 min manat təşkil edib. Bir il əvvəl təşkilatın kapitalı 18 milyon 906,21 min manat idi. Beləliklə, kapital 450,19 min manat və ya 2,4% azalıb.
BOKT-nin nizamnamə kapitalı dəyişməyərək 3 milyon 756 min manat səviyyəsində qalıb.
Bölüşdürülməmiş xalis mənfəət 15 milyon 150,21 min manatdan 14 milyon 700,02 min manata düşüb.
2026-cı ilin ilk yarısının 998,52 min manatlıq xalis mənfəəti kapitalın tərkibində əksini tapsa da, əvvəlki illərin bölüşdürülməmiş mənfəəti 14 milyon 337 min manatdan 13 milyon 701,50 min manata enib.
Hesabat dövrünün sonunda “FINCA Azerbaijan”ın öhdəlikləri və kapitalının ümumi məbləği 75 milyon 344,34 min manat olub.
Beləliklə, 2026-cı ilin ilk yarısında “FINCA Azerbaijan”ın xalis mənfəəti və aktivləri artsa da, kredit portfeli və kapitalı azalıb. Eyni zamanda, maliyyələşmə strukturunda ciddi dəyişiklik baş verib: digər maliyyə institutlarından alınmış kreditlər kəskin azalarkən, bank kreditləri və qiymətli kağızlar üzrə öhdəliklər əhəmiyyətli dərəcədə yüksəlib.
2025-ci ildə BOKT-nin vergidən əvvəlki mənfəəti 1 milyon 938 min manat təşkil edib. 2024-cü ildə bu göstərici 3 milyon 470 min manat olmuşdu. Beləliklə, vergidən əvvəlki mənfəət illik müqayisədə 44,1% azalıb.
“FINCA Azerbaijan” 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə xalis mənfəət 3 milyon 155 min manat təşkil etmişdi. Beləliklə, BOKT-nin illik xalis mənfəəti 48,7% və ya təxminən iki dəfə azalıb.
Müqayisə üçün, 2023-cü ildə təşkilatın vergidən əvvəlki mənfəəti 4 milyon 513 min manat, xalis mənfəəti isə 3 milyon 908 min manat olmuşdu. Bu göstəricilər “FINCA Azerbaijan”ın mənfəətinin 2023-2025-ci illərdə ardıcıl olaraq aşağı düşdüyünü göstərir.
Kredit portfeli 66,8 milyon manat olub
2025-ci ilin sonunda “FINCA Azerbaijan”ın cəmi aktivləri 75 milyon 29 min manat təşkil edib. 2024-cü ilin sonunda aktivlər 76 milyon 379 min manat idi. Aktivlər bir il ərzində 1,8% azalıb.
BOKT-nin kredit portfeli 2024-cü ilin sonundakı 67 milyon 639 min manatdan 2025-ci ilin sonunda 66 milyon 815 min manata düşüb. Azalma təxminən 1,2% təşkil edib.
2023-cü ilin sonunda isə kredit portfelinin həcmi 59 milyon 900 min manat olmuşdu.
2025-ci ilin sonunda “FINCA Azerbaijan”ın cəmi öhdəlikləri 57 milyon 571 min manat təşkil edib. 2024-cü ilin sonunda bu göstərici 58 milyon 284 min manat idi.
Cəmi kapital 18 milyon 94 min manatdan 17 milyon 458 min manata geriləyib.
Pul vəsaitlərinin həcmi isə 2024-cü ilin sonundakı 8 milyon 507 min manatdan 2025-ci ilin sonunda 6 milyon 582 min manata düşüb. Azalma 22,6% təşkil edib.
2026-cı ilin ilk yarısında mənfəət yenidən artıb
Prospektdə 2026-cı ilin ilk 6 ayının maliyyə göstəriciləri də açıqlanıb. Qeyd edilir ki, 2026-cı ilin I yarısı üzrə maliyyə hesabatları auditor tərəfindən təsdiq edilmədiyindən göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisəli şəkildə təqdim olunub.
2026-cı ilin ilk yarısında “FINCA Azerbaijan”ın vergidən əvvəlki mənfəəti 799 min 861 manat təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 753 min 716 manat olmuşdu. Artım 6,1% təşkil edib.
Xalis mənfəət isə 813 min 216 manatdan 998 min 521 manata yüksəlib. Beləliklə, BOKT-nin xalis mənfəəti illik müqayisədə 22,8% artıb.
Bu göstəricilər 2025-ci ildə mənfəətdə qeydə alınmış kəskin azalmanın ardından 2026-cı ilin ilk yarısında gəlirlilik göstəricilərində müəyyən bərpa baş verdiyini göstərir.
Səhmdarı Niderland şirkətidir
Baza emissiya prospektinə əsasən, “FINCA Azerbaijan”ın 100%-lik kapital payı FINCA MICROFINANCE COÖPERATIEF U.A.-ya məxsusdur. Şirkət Niderland Krallığında təsis edilib. Təşkilatın P əsas fəaliyyət istiqaməti insanların gəlirlərini və imkanlarını artırmağa, yeni iş yerlərinin yaradılmasına, həyat şəraitinin yaxşılaşdırılmasına və uzunmüddətli həll yolları vasitəsilə yoxsulluğun azaldılmasına yönəlmiş fəaliyyət kimi göstərilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 ay sonra
-
2 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
- 17 saat sonra
-
- 37 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
“FINCA Azerbaijan” 15% ödəməyə hazırdır - 5 milyon manat da borclanacaq
-
2 saat əvvəl
Azərbaycan avtomobildən“doymur” – Sayı bir ildə 100 min artdı, 2 milyona yaxınlaşdı
-
3 saat əvvəl
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
- 4 saat əvvəl
-
4 saat əvvəl
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
-
5 saat əvvəl
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
- 5 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“PAŞA Sığorta”dan Tam KASKO üçün tam 20% endirim
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Paşinyan dəmir yolu məsələsində Rusiya ilə dostluq şəraitində razılıq əldə etmək istəyir
Hacıqabul Sənaye Parkında yeni şirkət - 4,7 milyon manatlıq gübrə və biopestisidlərin istehsalı layihəsi
Ən çox oxunanlar
Paşinyan Ermənistandan Azərbaycana ixracın başlayacağını bildirib
Azərbaycan daha 4 beynəlxalq şirkəti ƏDV məqsədləri üçün vergi uçotuna aldı - ADLARI
Avqustun 14-də gözlənilən hava şəraiti
Expressbank eyni gündə 2 filial açıb
Aylıq ödəniş 620 manatdan başlayır - Dövlət 208 təmirli mənzili kirayə yolu ilə satır

























