Azərbaycan daha az buğdaya daha çox pul ödəyib
Buğda idxalı azaldı, xərc 143 milyon dolları keçdi. Xarici buğdanın orta dəyəri 5%-ə yaxın artıb. 7 ayda xaricdən buğda alışına 143,5 milyon dollar xərclənib.Buğda idxalının həcmi azalıb, dəyəri isə artıb
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 631 min 685,9 ton buğda idxal edilib. İdxalın dəyəri 143 milyon 457,3 min dollar olub.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2025-ci ilin eyni dövründə 646 min 335,5 ton buğdanın idxalına 140 milyon 138,5 min dollar xərclənmişdi.
Buğda idxalı miqdar ifadəsində 14 min 649,6 ton və ya 2,3% azalıb, dəyər ifadəsində isə 3 milyon 318,8 min dollar və ya 2,4% artıb. Bir ton buğdanın orta statistik dəyəri 217 dollardan 227 dollara yüksəlib.
Qarğıdalı idxalı 17% azalıb, orta dəyər isə 24% artıb
2026-cı ilin ilk 7 ayında Azərbaycana 30 min 602,2 ton qarğıdalı idxal edilib. Məhsulun statistik dəyəri 14 milyon 404,5 min dollar təşkil edib.
Ötən ilin eyni dövründə 36 min 924,2 ton qarğıdalının idxalına 14 milyon 69,2 min dollar xərclənmişdi.
İdxalın həcmi 6 min 321,9 ton və ya 17,1% azalsa da, ümumi xərc 335,4 min dollar və ya 2,4% artıb. Bir ton qarğıdalının orta statistik dəyəri 381 dollardan 471 dollara yüksəlib.
Azərbaycanın düyü idxalı 28% azalıb
2026-cı ilin yanvar–iyul aylarında Azərbaycana 27 min 375,1 ton düyü idxal olunub. İdxalın dəyəri 24 milyon 132,8 min dollar təşkil edib.
2025-ci ilin eyni dövründə 35 min 544,4 ton düyünün idxalına 33 milyon 585 min dollar xərclənmişdi.
Beləliklə, düyü idxalı miqdar ifadəsində 8 min 169,2 ton və ya 23%, dəyər ifadəsində isə 9 milyon 452,2 min dollar və ya 28,1% azalıb. Bir ton düyünün orta statistik dəyəri 945 dollardan 882 dollara düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
1 saat əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
1 saat əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
1 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
























