Dövlət Şəkidə 2 milyon manatlıq əmlak kompleksini satışa çıxardı
Dövlət 2 milyon manatlıq müəssisəyə investor axtarır: Şəkidə 2 milyonluq əmlak satışa çıxarılıb – 50 iş yeri şərti var.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisində yerləşən əmlak kompleksi kimi müəssisənin satışı üzrə investisiya müsabiqəsi elan edir.
Marja xəbər verir ki, əmlak kompleksinin ümumi qiyməti 2.000.000 manatdır.
Müsabiqədə iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşlarının istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 2.000.000 manatdan az olmayan investisiya proqramı, həmçinin 50-dən az olmayaraq iş yerinin yaradılması ilə bağlı təkliflər təqdim etməlidir.
Nəticələr haqqında protokolun təsdiq olunduğu tarixdən 30 gün müddətində müsabiqənin qalibi əmlak kompleksinin alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (650.000 manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilər.
İnvestisiya müsabiqəsinə çıxarılan səhmdar cəmiyyəti barədə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytı vasitəsilə ətraflı məlumat almaq olar.
İddiaçıların ərizə və təkliflərinin qəbulu prosesi 22 sentyabr 2026-cı il tarixi daxil olmaqla iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaqdır.
Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi Xidmətin inzibati binasında 23 sentyabr 2026-cı il tarixində saat 15:00-dan başlayaraq həyata keçiriləcəkdir.
XXX
Şəki rayonunda yerləşən əmlak kompleksi kimi müəssisənin özəlləşdirilməsinə dair investisiya müsabiqəsinin elanı
ŞƏKİ RAYONU, ÖRYƏT KƏNDİ, QARASU ƏRAZİSİNDƏ YERLƏŞƏN ƏMLAK KOMPLEKSİ KİMİ MÜƏSSİSƏNİN SATIŞI ÜZRƏ İNVESTİSİYA MÜSABİQƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİYYAT NAZİRLİYİ YANINDA ƏMLAK MƏSƏLƏLƏRİ DÖVLƏT XİDMƏTİNİN E L A N I
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin bəzi müəssisələrinin və balansında olan obyektlərin özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 oktyabr 2021-ci il tarixli 2979 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və Azərbaycan Respublikası Prezidentinin 17 iyul 2001-ci il tarixli 533 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisi ünvanında yerləşən Əmlak kompleksi kimi müəssisənin (bundan sonra “əmlak kompleksi”) satışı üzrə investisiya müsabiqəsi elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.
Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər nəzərə alınmaqla maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcəkdir.
1. Əmlak kompleksi haqqında məlumat (01 avqust 2026-cı il tarixinə)
Hüquqi ünvanı: Şəki rayonu, Öryət kəndi, Qarasu ərazisi
Təyinatı: Ət və süd məhsullarının tədarükü, emalı və satışı
Əmlak kompleksinin ümumi dəyəri: 2 000 000 (iki milyon) manat
Əhatə etdiyi sahə və tikililərin 24,0 ha, tikililər istehsal təyinatlı olmaqla,
Xarakteristikası: xarakteristikası özəlləşdirmə planında verilir
Digər müəssisələrdə iştirak payı: yoxdur
Qeyri-maddi aktivlər: yoxdur
Ekoloji vəziyyəti: qənaətbəxşdir
İşçilərin sayı: yoxdur
Öhdəlikləri: yoxdur
2. İddiaçılar qarşısında qoyulan şərt və tələblər
2.1. Əmlak kompleksində mövcud olmuş istehsal sahəsinin fəaliyyətinin bərpası və genişləndirilməsi hesabına onun tam istehsal təyinatlı müəssisə kimi fəaliyyətinin təmin olunması məqsədilə aşağıdakı məsələlərin həllini özündə əks etdirən və investisiya qoyuluşlarının istiqamətləri, məbləğləri və müddətləri göstərilməklə ümumi həcmi 2 000 000 (iki milyon) manatdan az olmayan məbləğdə İnvestisiya Proqramının təqdim edilməsi:
2.1.1. mövcud tikili və qurğuların təmiri, bərpası və yenidənqurulmasına dair təkliflər;
2.1.2. mövcud avadanlıq və texnologiyaların təmiri (məqsədəuyğun hesab olunduqda), habelə yeni avadanlıq və texnologiyaların alınmasına dair təkliflər;
2.1.3. əmlak kompleksində istehsal olunacaq məhsulların çeşidinə dair təkliflər;
2.1.4. infrastruktur təminatının təkmilləşdirilməsinə dair təkliflər;
2.1.5. əmlak kompleksinin ərazisinin abadalaşdırılmasına dair təkliflər;
2.1.6. istehsal müəssisəsi qurulmaqla əmlak kompleksində yeni iş yerlərinin yaradılmasına dair təkliflər (50-dən az olmayaraq);
2.1.7. təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində hesaba köçürüləcək məbləğinə və ondan istifadəyə dair təklif.
2.2. Əmlak kompleksinin alınması üçün dövlət büdcəsinə 650 000 (altı yüz əlli min) manatdan az olmayan məbləğdə vəsaitin köçürülməsinə dair öhdəliyin götürülməsi (xarici valyutada edilən ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq tarixə olan rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbyacan manatına konvertasiya olunmalıdır).
3. İddiaçılar tərəfindən təqdim olunmalı sənədlər
Müsabiqədə iştirak məqsədilə iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
3.1. Müsabiqədə iştirak etmək üçün ərizə (açıq zərfdə təqdim edilir).
3.2. İddiaçının ciddiliyini təsdiq edən, qalib gələcəyi təqdirdə onun tərəfindən müsabiqə şərtlərinin icrasının təmin olunması imkanlarını təsdiq edən 100 000 (yüz min) manat məbləğində vəsaitin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Mərkəzi Bankındakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli (kod: 501004; müxbir hesab: AZ74 NABZ 0145 1700 0000 0000 1944; VÖEN: 9900071001; SWIFT bik: NABZAZ2C) depozit manat hesabına köçürülməsini təsdiq edən qəbz və ya həmin məbləğdə bank qarantiyası (zaminlik müqaviləsi, girov müqaviləsi və s.). Qalib gəlmiş iddiaçının ödədiyi məbləğ 2.2-ci bənddə göstərilən şərtin yerinə yetirilməsi zamanı nəzərə alınacaq, qalib gəlməyən iddiaçıların ödədiyi məbləğ və zəmanət sənədləri isə geri qaytarılacaqdır.
3.3. İddiaçı hüquqi şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- nizamnamənin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının hüquqi şəxs kimi qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiqlənmiş surəti;
- təsis müqaviləsi və VÖEN-in, habelə rəhbərin təyinatı barədə əmrin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçının fəaliyyətini əks etdirən məlumat;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat və son üç ilin audit olunmuş maliyyə hesabatları (xarici hüquqi şəxslər üçün);
- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;
- təqdim edilən sənədlərin siyahısı.
İddiaçı fiziki şəxs olduqda açıq zərfdə aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənmiş surəti;
- iddiaçı və onun sahibkarlıq fəaliyyəti haqqında məlumat;
- iddiaçının VÖEN-i;
- Azərbaycan Respublikasının ərazisində mövcud fəaliyyəti haqqında məlumat (xarici fiziki şəxslər üçün);
- 3.2-ci bənddə nəzərdə tutulmuş ödənişi təsdiq edən və ya müəyyən edilmiş zəmanət sənədlərindən biri;
- təqdim edilən sənədlərin siyahısı.
Aşağıdakı sənədlər iddiaçılar (hüquqi və fiziki şəxslər) tərəfindən ikinci ayrıca möhürlənmiş zərfdə təqdim edilir:
- İnvestisiya Proqramı;
- dövlət büdcəsinə ödəniləcək pul vəsaitinə dair təklif.
Xarici dildə hazırlanmış sənədlər həmin sənədlərin Azərbaycan dilinə çevrilmiş və müvafiq qaydada təsdiq edilmiş mətnləri ilə birgə təqdim edilməlidirlər. Mətnlər arasında uyğunsuzluq aşkar edildikdə üstünlük Azərbaycan dilində tərtib edilmiş mətnə veriləcəkdir.
Müsabiqədə iştirak etmək üçün tələb olunan sənədlərin və ya məlumatların hər hansının Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə edilməsi mümkün olduqda, həmin sənəndlər və ya məlumatlar iddiaçılardan tələb edilmir. Belə sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi iddiaçıların razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunur və ya iddiaçılar tərəfindən təmin edilir. Bu formada təqdim olunan sənədlər Müsabiqə Komissiyası tərəfindən müvafiq qaydada nəzərə alınır.
4. Müsabiqə qalibinə tətbiq edilən şərt və tələblər
4.1. Müsabiqənin qalibi aşağıdakıları təmin etməlidir:
4.1.1. Müsabiqənin nəticələri haqqında protokol təsdiq olunduğu tarixdən 30 (otuz) təqvim günü müddətində əmlak kompleksinin alqı-satqısına dair müqavilənin imzalanmasını;
4.1.2. Əmlak kompleksinin alqı-satqısına dair müqavilə imzalandığı tarixdən:
- təklif etdiyi pul vəsaitinin müqavilədə razılaşdırılacaq müddətdə dövlət büdcəsinə köçürülməsini;
- 60 (altmış) təqvim günü müddətində təklif etdiyi investisiyanın ümumi həcminin İnvestisiya Proqramında qeyd edilmiş 5%-ə qədərinin pul vəsaiti şəklində hesaba köçürülməsini və ya müvafiq məbləğdə investisiya qoyuluşunun həyata keçirilməsini;
- öhdəlik götürəcəyi sayda, lakin 50-dən az olmayaraq iş yerinin yaradılmasını;
- 30 (otuz) təqvim günü müddətində bu layihənin icrası ilə əlaqədar cəlb olunmuş məsləhətçi şirkətinə müvafiq (3.599 manat (ƏDV daxil olmaqla)) məbləğdə xidmət haqqının ödənilməsini;
- müqavilə ilə müəyyən edilmiş digər şərt və öhdəliklərin yerinə yetirilməsini, habelə investisiya qoyuluşunun İnvestisiya Proqramında göstərilmiş istiqamət, məbləğ və mərhələlərə uyğun həcmdə həyata keçirilməsini.
4.2. İddiaçılar əlak kompleksi ilə və müvafiq sənədlərlə (Özəlləşdirmə planı) tanış olmaq və investisiya müsabiqəsi haqqında əlavə məlumat əldə etmək üçün 21 sentyabr 2026-cı il tarixinədək (bu tarix daxil olmaqla) iş günləri saat 1000-dan 1730-dək aşağıdakı ünvana müraciət edə bilərlər: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, otaq 1210. Əlaqə telefonları: +99 412 311 01 60 (əlavə 1314 və 1298), elektron ünvan: [email protected].
4.3. İddiaçıların ərizə və təkliflərinin qəbulu 22 sentyabr 2026-cı il tarixinədək (bu tarix daxil olmaqla) iş günləri saat 1000-dan 1730-dək 4.2-ci bənddə göstərilən ünvanda aparılacaqdır.
4.4. Müsabiqə Komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin inzibati binasında 23 sentyabr 2026-cı il, saat 1500-dan başlayaraq həyata keçiriləcəkdir.
Müştərilərin xəbərləri
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
- 27 d. əvvəl
-
29 d. əvvəl
Azercell-in dəstəklədiyi gənclərdən növbəti beynəlxalq uğur ®
-
1 saat əvvəl
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı! ®
City Park Mall-da böyük açılış – Mobil və elektron avadanlıqların satışı şəbəkəsinin ən böyük mağazası istifadəyə verilir
“Mərkəzi Azəri”də hasilat 11 gün müddətinə azaldılacaq
Ən çox oxunanlar
Paytaxtın restoran bazarına yeni iddialı brend gəlir
Marketlər şəbəkəsi 100-cü mağazasını açmağa hazırlaşır
"Gübrə qiymətləri 2028-ci ilədək yüksək qala bilər"
Dövlət Şəkidə 2 milyon manatlıq əmlak kompleksini satışa çıxardı
Azərbaycanda daha 10 startap 3 il vergidən azad edildi - ADLARI






















