Banklar məlumatlarımızı niyə toplayır? – Hər kəsin bilməli olduğu məqamlar
Bankların məlumat toplamasına qadağa qoya bilərsiniz. “My.gov.az” üzərindən bankların məlumat sorğusunu məhdudlaşdırmaq mümkündür.Banklar haqqınızda nə bilir? Banklar sizin haqqınızda hansı məlumatları toplayır? Banklar məlumatlarımızı niyə istəyir? – Hər kəs bilməlidir.
Müasir dünyanın rəqəmsallaşması əksər sahələrdə olduğu kimi maliyyə dünyasını da dəyişir. Xüsusən də bank sektorunda xidmətlər və məhsullar bütün müştərilərə eyni formatda təqdim edilmir. Kredit şərtləri, kart limitləri, kampaniyalar və hətta mobil tətbiqdə göstərilən təkliflər belə müştərilərin fərdi ehtiyaclarına uyğun hazırlanır. Məsələn, gəliri və maliyyə davranışı fərqli olan iki şəxs üçün eyni kredit məbləği və ya ödəniş qrafiki uyğun olmaya bilər. Bu səbəbdən bank xidmətləri müəyyən məlumatlar əsasında dizayn olunur. Bu zaman əsas sual ortaya çıxır. Banklar müştərilərinə fərdi yanaşmanı necə tətbiq edir? Cavab sadədir – sahib olduqları məlumatlar hesabına. Bəs həmin məlumatlar necə toplanır?
Marja.az-ın araşdırmasına görə, bankların istifadə etdiyi məlumatların böyük hissəsi vətəndaşın özü tərəfindən verilir. Hesab açarkən, kart sifariş edərkən, kredit üçün müraciət edərkən və ya mobil tətbiqdə qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqəsi məlumatları, FİN kod, əlaqə nömrəsi, ünvan, iş yeri və gəlir barədə məlumat müştəri tərəfindən qanun çərçivəsində, rəsmi və könüllü şəkildə təqdim olunur. Bundan əlavə bank, qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi məlumatları müvafiq rəsmi qurumlardan əldə edə bilər. Məsələn, müştərinin maliyyə risklərinin qiymətləndirilməsi üçün lazım olan əmək haqqı, təcrübə, kredit tarixçəsi və.s məlumatlar kimi.
Bəs bu məlumatların toplanmasına səbəb nədir?
Əsas məqsəd təhlükəsiz və fərdi xidmət göstərməkdir. Məsələn, şəxsiyyət təsdiq edilmədən hesab açıla bilməz, gəlir məlumatı olmadan kredit verilə bilməz, əlaqə nömrəsi olmadan əməliyyat bildirişləri göndərilə bilməz. Bundan başqa, banklar qanunvericiliyə əsasən müştərini tanımalı və maliyyə risklərini qiymətləndirməlidirlər. Bu, həm dələduzluğun qarşısını almaq, həm də maliyyə sisteminin təhlükəsizliyini təmin etmək üçündür.
Elə isə bankların bunun üçün hüquqi əsası varmı?
Banklar müştəri məlumatlarını yalnız "Fərdi məlumatlar haqqında" və "Banklar haqqında" qanunlar çərçivəsində toplaya və emal edə bilərlər. Bu, həm müştəri təhlükəsizliyini, həm də maliyyə sisteminin stabilliyini təmin edir. Məlumatlar yalnız qeyd edilən məqsəd üçün istifadə olunur, üçüncü tərəflərə qanunsuz ötürülmür və xüsusi təhlükəsizlik tədbirləri ilə qorunur. Ən vacibi isə müştəri məlumatlarının toplanmasına və emalına bank məhsullarından istifadə edərkən qanunvericilik əsasında təsdiq etdiyi razılıq vasitəsilə icazə verir. Həmçinin bank müştərisi olmadığı vətəndaşın məlumatlarını sorğulamır.
Vətəndaş məlumatlarının emalına qadağa qoya bilərmi?
Qanunvericiliyə əsasən hər kəs şəxsi məlumatlarının emalına razılıq verməmək hüququna malikdir. Bunun üçün müştərisi olduğu banka müraciət edə, həmçinin "My.gov.az" platformasından şəxsi məlumatlarının sorğulanmasını məhdudlaşdıra bilər. Sadəcə nəzərə almaq lazımdır ki, bununla da o, özünün bəzi xidmət imkanlarını məhdudlaşdırmış olacaq. Məsələn, kreditə ehtiyacı olan biri hansısa bankda ona uyğun sərfəli şərtlərlə təqdim edilən kredit kampaniyasından və ya fərdiləşdirilmiş təklifdən məlumatsız qalacaq.
Müştəri məlumatları necə qorunur?
Banklar həm Azərbaycan Respublikasının qanunvericiliyinə, həm beynəlxalq qaydalara, həm də Mərkəzi Bankın tələblərinə uyğun olaraq müxtəlif təhlükəsizlik tədbirləri ilə müştəri məlumatlarını qoruyur və buna zəmanət verir. Həmçinin müştərilərə rəqəmsal xidmətlər, fərdi məhsullar təqdim edərkən daha geniş imkanlar yaradır. Odur ki, qanun çərçivəsində bankla vətəndaş arasında olan məlumat mübadiləsi müştəriyə fərdi və ehtiyaclarına uyğun xidmətlər almaq, vaxt itirmədən onlayn xidmətlərdən istifadə etmək, müxtəlif bank məhsullarını fərdi və daha yaxşı şərtlərlə almaq imkanı yaradır. Banklar isə bununla müştərilərinə ehtiyaclarına uyğun, individual və daha yaxşı xidmət göstərmək imkanı əldə edirlər.
Nəticə etibarı ilə bankların məlumat toplaması həm qanuni tələblərə, həm də təhlükəsiz, fərdi və rahat maliyyə xidmətinin göstərilməsinə əsaslanır. Əsas məsələ müştərilərin də öz hüquqlarınızı bilməsi və məlumatlarının hansı məqsədlə istifadə olunacağını anlamasıdır.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
Sürətli internetlə daha çox əyləncə: “Azeronline” abunəçilərinə “Kinon TV” xidmətindən istifadə imkanı təqdim edir ®
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
16 d. əvvəl
Dubaydan Tel-Əvivə uçan sərnişin təyyarəsinin qaçırıldığı bildirilir
-
- 31 d. əvvəl
- 47 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
-
1 saat əvvəl
Qarabağ üçün 19 “Yutong” avtobusu alınır – 3,4 milyon manatlıq müqavilə
-
1 saat əvvəl
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Ağdamda avtobus parkı üçün 14,7 milyon manatlıq müqavilə bağlandı
“Azəriqaz” abonentləri müqavilələri SİMA ilə rəqəmsal imzalayacaq
Laçında təxminən 50 milyon manatlıq yaşayış layihəsi
Bu BOKT 2026-cı ildə kapitalını 18%-dən çox böyüdüb
Rəsmi məzənnələr açıqlandı
Qərar verildi: Asiya İnfrastruktur İnvestisiya Bankının növbəti böyük toplantısı Bakıda olacaq
PepsiCo-da problem dərinləşir – PepsiCo-ya həftə ərzində ikinci zərbə: JPMorgan da reytinqini aşağı saldı
Tramp: "İran sonda təslim olacaq" – Hörmüzdən neft axınının rekord səviyyəyə çatdığını iddia etdi
OpenAI, 1,4 trilyon dollar qiymətləndirmə ilə 30 milyard dollar cəlb etməyi planlaşdırır





















