Aviabiletlərin ucuzlaşdırılması üçün yeni mexanizm hazırlanacaq
Azərbaycan ən azı 4 yeni beynəlxalq aviaistiqamət açmağı planlaşdırır. Mövcud reyslərin sayı 20% artırılacaq.Aşağıbüdcəli aviaşirkətlər regionlara cəlb ediləcək. Yeni aviareyslərə və çarter uçuşlarına subsidiya veriləcəkAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanın turizm əlçatanlığını artırmaq məqsədilə yeni beynəlxalq aviareyslərin açılması və mövcud reyslər üzrə uçuş tezliyinin yüksəldilməsi planlaşdırılır.
Dövlət Proqramına əsasən, 2026–2030-cu illərdə hər il ən azı bir yeni hədəf turizm istiqaməti üzrə uçuşlara başlanılması nəzərdə tutulur. Proqramın sonunadək azı 4 yeni hədəf turizm istiqamətinin açılması, mövcud istiqamətlər üzrə uçuş tezliyinin isə 20% artırılması hədəflənir.
Birbaşa hava əlaqəsinin olduğu ən azı 10 hədəf turizm bazarı üzrə aviabilet qiymətlərinin regional rəqib turizm ölkələri ilə müqayisədə rəqabətqabiliyyətli səviyyəyə gətirilməsi planlaşdırılır. Bunun üçün bilet qiymətlərinə mənfi təsir edən faktorlar təhlil ediləcək, nəqliyyat və turizm sektorları üzrə xərc-fayda qiymətləndirmələri aparılacaq.
Regionlarda yerləşən hava limanlarına beynəlxalq uçuşların və aşağıbüdcəli aviaşirkətlərin cəlb edilməsi də Dövlət Proqramının əsas istiqamətlərindəndir. Bu məqsədlə hava limanı yığımları, yerüstü xidmət haqları və reyslərin doluluq səviyyəsi üzrə təşviq və kompensasiya mexanizmlərinin yaradılması nəzərdən keçiriləcək.
Hədəf turizm bazarlarından əlavə müntəzəm reyslərin və çarter uçuşlarının təşkili üçün ayrıca subsidiya mexanizmləri hazırlanacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
41 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
43 d. əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
1 saat əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb























