“Azerbaijan.travel” platformasına rezervasiya sistemi əlavə ediləcək
“Azerbaijan.travel” tamamilə yenilənəcək. Turistlər Azərbaycanda bileti və xidməti vahid platformadan sifariş edəcəklər. Azərbaycanın nəqliyyat məlumatları “Google Maps”ə inteqrasiya ediləcək. Turizm obyektləri üçün 5 dildə audiobələdçi hazırlanacaq. Turizm startaplarına maliyyə dəstəyi veriləcəkAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda vahid rəqəmsal turizm idarəetmə sisteminin yaradılması nəzərdə tutulur. Yeni Turizm İnformasiya Sistemi dövlət reyestrlərini, məlumat bazalarını, elektron xidmətləri və proqram təminatlarını bir platformada birləşdirəcək.
“Azerbaijan.travel” platforması yeni dizayn və texnoloji infrastruktur əsasında yenidən qurulacaq. Platformaya çoxdilli xidmətlər, interaktiv xəritələr, rezervasiya və turistlərin məlumatlandırılması imkanları inteqrasiya ediləcək.
Hava, dəmir yolu, rayonlararası avtobus, metro və şəhər nəqliyyatı üzrə hərəkət qrafikləri, marşrutlar və dayanacaqlar haqqında məlumatlar GTFS formatında hazırlanacaq. Məlumatlar “Google Maps”, “Rome2Rio” və digər beynəlxalq platformalarla paylaşılacaq.
Turizm obyektləri üçün 5 xarici dildə audiobələdçilər hazırlanacaq. Onlar QR kodlar və digər rəqəmsal alətlər vasitəsilə turistlərin istifadəsinə veriləcək.
Turizm sektorunda innovativ layihələrin seçilməsi üçün müsabiqələr keçiriləcək. Proqram dövründə maliyyə dəstəyi alan ən azı 3 pilot innovasiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
21 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
23 d. əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
47 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb





















