MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
MSolution və IZZY-nin ictimai iaşə obyektləri — restoranlar və kofeşoplar üçün birgə ödəniş həlli artıq bir müddətdir istifadədədir və hazırda bir neçə obyektdə uğurla tətbiq olunur.
Həllin əsas üstünlüyü MSolution Multi Split funksionallığıdır: bir neçə filialı olan şəbəkələr daxil olan vəsaitləri filiallar arasında real vaxt rejimində avtomatik bölə bilirlər. Pul daxil olduğu anda düzgün ünvana yönəlir — gün sonu hesablaşmalara, filiallar arası köçürmələrə və əlavə mühasibatlıq yükünə ehtiyac qalmır. Bu, xüsusilə şəbəkə şəklində fəaliyyət göstərən restoran biznesləri üçün maliyyə idarəetməsini əhəmiyyətli dərəcədə sadələşdirir.
Həllin istifadəsi müştəri üçün maksimum sadədir: masadakı QR kodu skan edən müştəri ödənişi Apple Pay, Google Pay, həmçinin bank tətbiqləri üzərindən AniPay QR ilə həyata keçirir. Ödəniş dərhal obyektin kassasına ötürülür. Bu zaman ictimai iaşə obyektlərində əlavə POS terminal quraşdırılmasına ehtiyac qalmır — avadanlıq və texniki xidmət xərcləri tamamilə aradan qalxır.
Həllin daha bir üstünlüyü ondan ibarətdir ki, obyektlərin hansı bankla əməkdaşlıq etməsindən asılı olmayaraq həllə qoşulmaq imkanı var, çünki MSolution müxtəlif prosessinq mərkəzləri və banklar ilə inteqrasiya edilib.
"Restoran bznesində əsl ehtiyac təkcə ödənişi qəbul etmək deyil, ondan sonrakı prosesi düzgün qurmaqdır. Multi Split ilə şəbəkələr vəsaiti filiallar arasında real vaxtda avtomatik bölürlər — bu, sahibkarı gündəlik hesablaşma yükündən tam azad edir. Müştəri üçün isə hər şey bir QR kodda cəmlənir: skan et, borcunu gör, ödə, davam et" — deyə MSolution-un direktoru Emil Abbasov bildirib.
Qeyd edək ki, MSolution (Multi Solutions MMC) elektron pul təşkilatıdır. Şirkət bu vaxtadək dövlət və nəqliyyat sektorlarında ödəniş infrastrukturu üzrə əhəmiyyətli işlər görüb və həmin sahələrdə qazandığı təcrübəni indi ictimai iaşə bazarına gətirir.
IZZY isə restoran, kafe və digər xidmət obyektləri üçün QR menyu, satış (POS), müştəri idarəetməsi və onlayn ödənişləri vahid platformada birləşdirən idarəetmə sistemidir. Ödəniş həlli IZZY platformasına inteqrasiya olunub — müştəri eyni QR kod vasitəsilə həm menyu ilə tanış ola, həm də ödənişini tamamlaya bilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
23 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
25 d. əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
49 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb





















