Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Turist axını arta bilər, amma hotel tutumu çatışmır. Azərbaycanda hər 100 nəfərə cəmi 0,25 hotel otağı düşür. Hotel çatışmazlığına qarşı subsidiya proqramı hazırlanır. Yeni hotellərin tikintisinə dövlət dəstəyi artırılacaqAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda əhalinin hər 100 nəfərinə düşən hotel otaqlarının sayı dünya üzrə orta göstəricidən 2,6 dəfə aşağıdır.
Dünya İqtisadi Forumunun məlumatlarına əsaslanan Dövlət Proqramında bildirilir ki, 2021-ci ildə Azərbaycanda hər 100 nəfərə cəmi 0,25 hotel otağı düşüb.
Yerləşmə vasitələrinin məhdud tutumu turizm təklifinin genişləndirilməsini və ölkəyə daha böyük turist axınının qəbul edilməsini çətinləşdirən amillərdən biri kimi qiymətləndirilir.
Problemin aradan qaldırılması üçün yeni hotel layihələrinə investisiya təşviqi sənədlərinin verilməsi, kredit faizlərinin subsidiyalaşdırılması və yeni tikilib istifadəyə verilən hər hotel otağına görə dövlət dəstəyinin göstərilməsi planlaşdırılır.
Yeni turizm və rekreasiya zonalarında hotellər, sanatoriyalar, əyləncə obyektləri, konqres mərkəzləri və digər turizm infrastrukturu yaradılacaq.
Təklifin artırılmasının hotel qiymətlərinin optimallaşmasına, xidmət keyfiyyətinin yüksəlməsinə və turizm bazarında rəqabətin güclənməsinə səbəb olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
21 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
23 d. əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
47 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
























