Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, Azərbaycanda turizm sektorunun iqlim dəyişikliyinə uyğunlaşdırılması və ətraf mühitə təsirinin azaldılması üçün yeni tənzimləmə mexanizmi yaradılacaq.
Dövlət Proqramında turizmin qlobal istixana qazı emissiyalarının təxminən 5–8%-ni formalaşdırdığı qeyd edilir. Sektorun iqlim dəyişikliyinə həssas olması turizm obyektlərində enerji, su, tullantı və nəqliyyat siyasətinin yenilənməsini zəruri edir.
İqlim dəyişikliyinin turizm sektoruna mümkün təsirləri və riskləri qiymətləndiriləcək. Bunun əsasında iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlı turizm üzrə fəaliyyət planı hazırlanaraq təsdiqlənəcək.
Turizm müəssisələrində enerji səmərəliliyi, dayanıqlı enerji mənbələrindən istifadə, su sərfiyyatının azaldılması, tullantıların idarə edilməsi və plastik materiallardan imtina təşviq olunacaq.
Milli parklar, tarixi abidələr və digər həssas turizm ərazilərində ziyarətçi axınının tənzimlənməsi, biomüxtəlifliyin və mədəni irsin qorunması da yeni yanaşmanın əsas istiqamətlərinə daxil edilib.
Yerli icmaların turizmdən əldə etdiyi iqtisadi faydanın artırılması və kiçik kənd bizneslərinin dəstəklənməsi dayanıqlı turizm modelinin sosial komponentini təşkil edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
22 d. əvvəl
Bank of Baku fərdiləşdirilmiş müştəri əlaqələrinin inkişafı üçün Netmera-nı seçdi ®
-
-
24 d. əvvəl
Dövlət Neft Fondunun 25 ildən çox müddətdə əldə etdiyi gəlirlər açıqlandı
-
48 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 1 saat əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
ABB Beynəlxalq Risk Forumu keçirib
Şəkər ixracı 140%-dən çox artıb
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb




















