Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
Turizmin inkişafına büdcədən hər il vəsait ayrılacaq. Turizm layihələrinə donor və fond vəsaitləri cəlb ediləcək. Dövlət və özəl sektor turizm layihələrinə birlikdə sərmayə qoyacaq. Hotellərdən aviareyslərədək geniş dövlət dəstəyi planlaşdırılırAzərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı təsdiq edilib.
Marja xəbər verir ki, “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası bir neçə maliyyə mənbəyi hesabına təmin ediləcək.
Proqramda nəzərdə tutulan tədbirlər dövlət büdcəsi, beynəlxalq təşkilatlar, donorlar və fondların vəsaitləri, eləcə də qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdiriləcək.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi Dövlət Turizm Agentliyi ilə birlikdə hər il dövlət büdcəsi və dövlət investisiya proqramı hazırlanarkən turizm tədbirləri üçün zəruri vəsaitlərin nəzərdə tutulmasını təmin etməlidir.
Dövlət büdcəsi ilə yanaşı, proqramın icrasına özəl investisiyaların cəlb edilməsi təşviq olunacaq. Turizm və rekreasiya zonalarında dövlət-özəl tərəfdaşlığı layihələrinin həyata keçirilməsi planlaşdırılır.
Hotellər, sanatoriyalar, qış idmanı infrastrukturu, konqres mərkəzləri, aviareyslər, turizm tədbirləri və regional infrastruktura həm birbaşa büdcə dəstəyi, həm subsidiya, həm də özəl sərmayə mexanizmləri tətbiq ediləcək.
Proqramın icrasının monitorinqi və qiymətləndirilməsi Dövlət Turizm Agentliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
24 d. əvvəl
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
-
- 46 d. əvvəl
- 53 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycan Mərkəzi Bankı Avropa ölkəsinin mərkəzi bankı ilə razılığa gəldi
- 59 d. əvvəl
-
1 saat əvvəl
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
-
2 saat əvvəl
Azərbaycanda qaz istehlakını azaldacaq yeni layihə – Kapital Bank maliyyələşdirdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Neft Fondunun investisiya gəlirləri son 5 ilin rekorduna çatıb
ABB Beynəlxalq Risk Forumu keçirib
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
Azərbaycanın fındıq ixracı dəyər ifadəsində 16% artıb
“Prior Lizinq” Balakəndə yeni filial açıb
16%-lik istiqrazlara böyük maraq – 208 investor iştirak etdi
Pomidor ixracı: 9 ayda 15 milyon dollarlıq artım
Təbii qaz ixracı: 9 ayda 249,87 milyon ABŞ dolları azalma
Azərbaycandan neft məhsullarının ixracı ixracı dəyər ifadəsində 2 dəfədən çox artıb
Bakıda 6 mağazası olan şirkət Gəncə bazarına daxil olur























