Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
Qızılın dünya bazarındakı qiyməti kəskin yüksəlişdən sonra bir troya unsiyası üçün 4 500 dollar səviyyəsinin üzərində qalır. Qiymətli metal bir gün əvvəl iyunun əvvəlindən bəri ilk dəfə bu psixoloji həddi keçmişdi.
Marja xəbər verir ki, 20 avqustda spot qızıl əvvəlki sessiyadakı güclü bahalaşmadan sonra gün ərzində 4450,08 dollara qədər ucuzlaşsa da, itkilərinin böyük hissəsini bərpa edib. Günortadan sonra qızıl 0,3% bahalaşaraq bir unsiya üçün Bakı vaxtı ilə 23:50-də 4527,19 dollar ətrafında ticarət olunub.
Qızıl bir gün əvvəl 4%-dən çox bahalaşmışdı. Investing.com-un məlumatına görə, 19 avqustda spot qızıl 4 500 dollar həddini iyunun əvvəlindən bəri ilk dəfə keçərək 4 508,28 dollara yüksəlmiş, qızıl fyuçersləri isə 3,3% bahalaşaraq 4 567,94 dollara çatmışdı. Hər iki göstərici mayın 29-dan bəri ən yüksək səviyyələrini görmüşdü.
ABŞ Xəzinədarlığının qərarı qızılı bahalaşdırıb
Qiymətli metalın sürətli bahalaşmasının əsas səbəblərindən biri ABŞ Xəzinədarlığının uzunmüddətli dövlət istiqrazlarının geri alınması əməliyyatlarını əhəmiyyətli dərəcədə artıracağını açıqlaması olub.
Sentyabrın 9-dan etibarən 10–20 il və 20–30 il müddətli nominal istiqrazlar üzrə likvidliyin dəstəklənməsi məqsədilə aparılan geri alış əməliyyatlarının həcmi hər əməliyyat üzrə 2 milyard dollardan 4 milyard dollara qaldırılacaq.
Açıqlama ABŞ istiqraz bazarında güclü reaksiyaya səbəb olub. Uzunmüddətli istiqrazların gəlirliliyi aşağı düşüb, dollar isə zəifləyib. Bu iki amil faiz gəliri yaratmayan qızılın investorlar üçün cəlbediciliyini artırıb.
ABŞ-ın 30 illik dövlət istiqrazlarının gəlirliliyi əvvəl 5,337%-ə yüksələrək 2007-ci ilin iyunundan bəri ən yüksək səviyyəyə çatmışdı. Xəzinədarlığın addımından sonra isə göstərici kəskin geriləyib.
FED-in protokolları qızılın yüksəlişini məhdudlaşdırır
Bununla belə, ABŞ Federal Ehtiyat Sisteminin iyul iclasının protokolları qızıl bazarında ehtiyatlılığı artırıb.
Protokollardan məlum olub ki, FED rəsmilərinin bir qismi inflyasiyanın aşağı düşməyəcəyi halda faiz dərəcələrinin yenidən artırılmasının mümkün olduğunu düşünür. FED rəsmiləri xüsusilə Yaxın Şərqdəki münaqişənin yenidən kəskinləşməsinin inflyasiya perspektivləri ilə bağlı qeyri-müəyyənliyi artırdığını qeyd ediblər.
Reuters-in məlumatına görə, bazar iştirakçıları hazırda FED-in sentyabr iclasında faizləri dəyişmədən saxlaması ehtimalını 67,4% səviyyəsində qiymətləndirirlər.
Faiz dərəcələrinin yüksək qalması adətən qızıl üçün mənfi amil hesab olunur. Çünki qızıl faiz gəliri gətirmədiyindən yüksək faiz mühitində istiqraz və digər gəlir gətirən aktivlərlə müqayisədə investisiya baxımından nisbətən az cəlbedici ola bilər.
Morgan Stanley: Qızıl 5000 dolları keçə bilər
Qızıl bazarı ilə bağlı uzunmüddətli gözləntilər isə yüksək olaraq qalır. Qlobal investisiya bankı Morgan Stanley analitikləri FED-in faiz dərəcələrini dəyişmədən saxlayacağı ssenaridə qızılın qiymətinin 2027-ci ildə, hətta daha əvvəl bir unsiya üçün 5 000 dolları keçməsi üçün potensial gördüklərini bildiriblər. Bank eyni zamanda qiymətlərin yüksək volatillik nümayiş etdirə biləcəyini vurğulayıb.
Qızılın qiymətinə Yaxın Şərqdəki geosiyasi vəziyyət də təsir göstərir. İran ətrafındakı gərginlik və Hörmüz boğazı ilə bağlı qeyri-müəyyənlik neft qiymətlərini yüksəldərək inflyasiya risklərini yenidən gündəmə gətirib.
Müştərilərin xəbərləri
“Azərpoçt” və “PostEurop” poçt sektorunun transformasiyasını və inkişaf perspektivlərini müzakirə edib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
3 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
3 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 44 d. əvvəl
-
2 saat əvvəl
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
-
6 saat əvvəl
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda 1 milyon dollar kapitalla yeni vençur şirkəti yaradılıb
Pakistanın Baş naziri İlham Əliyevə zəng etdi – Yeni əməkdaşlıq imkanları müzakirə olundu
Valyuta mübadiləsi bazarında yeni iştirakçı: 600 min manat kapital, hələlik lisenziya yoxdur
Ən çox oxunanlar
Bu gündən Azərbaycanda ov mövsümü açılıb
Azərbaycan neftinin son qiyməti
Azərbaycanda milyonlarla manatlıq borc portfeli satışa çıxarıldı
Kanadanın neft-qaz nəhəngi Azərbaycanda filial açdı
Li Auto avtomobilləri Qazaxıstanda da istehsal ediləcək
Fransa şirkət 12 saat işləyə bilən elektrikli traktor istehsal edəcək – 2028-ci ildə satışa çıxarılacaq
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib – Rubio sərt xəbərdarlıq etdi























