Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib
57 ticarət obyektində pozuntu – saxta aksiz markalı məhsullar aşkarlanıb. Kürdəmirdə qeydiyyatsız istehsal sahəsi üzə çıxıb – 1288 saxta aksiz markası tapılıb.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və digər dövlət orqanlarının iştirakı ilə kompleks nəzarət tədbirləri həyata keçirilib.
Xidmətin yaydığı məlumatda bildirilir ki, həyata keçirilən tədbirlər çərçivəsində aksizli malların müvafiq markalarla markalanmadan və ya saxta markalardan istifadə edilməklə təqdim edilməsinin, habelə rəsmi sənədlər tərtib olunmadan qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Cari ilin avqust ayı ərzində Bakı şəhərində, habelə respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərən topdan və pərakəndə ticarət, ictimai iaşə obyektlərində keçirilən nəzarət tədbirləri zamanı ümumilikdə 57 sayda müxtəlif ticarət obyektində aksiz markası ilə markalanmalı malların belə marka olmadan və ya saxta aksiz markaları ilə, məcburi nişanlama ilə nişanlanmalı malların isə nişanlanmadan təqdim edilməsi müəyyən edilib.
Nəzarət tədbirləri nəticəsində müxtəlif qablaşdırmalarda saxlanılan, ümumi həcmi 4,3 min litr olan 6192 ədəd alkoqollu içki, ümumi həcmi 4,98 min litr olan 132 ədəd müxtəlif həcmli çəlləklərdə pivə, həmçinin 99 qutu müxtəlif növ tütün məmulatı aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bundan əlavə, Kürdəmir rayonunda vergi orqanında uçota alınmadan alkoqollu içki istehsalının həyata keçirildiyi istehsal sahəsində keçirilən nəzarət tədbiri zamanı 1.288 ədəd saxta aksiz markası, ümumi həcmi 25,0 min litr olan, mənşəyi məlum olmayan qablaşdırılmamış alkoqollu içki materialı, habelə istehsalda istifadə olunan avadanlıq və digər mal-materiallar aşkar edilib. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və hüquqi prosedurlara başlanılıb.
Qeyd edilməlidir ki, saxta aksiz markalarını və ya məcburi nişanları hazırlama, əldə etmə, saxlama və satma, habelə mallara saxta aksiz markalarının və ya saxta məcburi nişanların tətbiqi, belə malları əldə etmə, saxlama və ya satma cinayət məsuliyyətinin yaranmasına əsas verir.
Dövlət Vergi Xidməti sahibkarlıq subyektlərini vergi və digər qanunvericilik aktlarının tələblərinə ciddi riayət etməyə çağırır. Qanunvericiliyin tələblərinə əməl olunması “kölgə iqtisadiyyatı”nın azaldılması, aksizli malların və aksiz markalarının saxtalaşdırılmasının qarşısının alınması, sağlam rəqabət mühitinin formalaşdırılması, eləcə də istehlakçıların hüquq və qanuni mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu istiqamətdə istehlakçıların da fəal iştirakı və aksizli məhsulların qanuni dövriyyəsinin təmin edilməsinə töhfə verməsi üçün Dövlət Vergi Xidmətinin “E-Vergi” mobil tətbiqində yeni funksionallıq istifadəyə verilib. Tətbiqin “Xidmətlər” bölməsində yerləşən “Təqib və İzləmə Sistemi” vasitəsilə aksizli malların qablaşdırmalarının və ya aksiz markalarının üzərində yerləşdirilmiş məcburi nişan kodlarını (QR kod) skan etməklə məhsul barədə məlumat əldə etmək mümkündür.
Məlumatlarda hər hansı uyğunsuzluq aşkar edildikdə isə istifadəçilər həmin tətbiq vasitəsilə Dövlət Vergi Xidmətinə elektron qaydada müraciət edə bilərlər. Yeni funksionallıq istehlakçılara aksizli mallar barədə məlumatları operativ şəkildə yoxlamağa və aşkar edilmiş uyğunsuzluqlar barədə məlumat verməyə imkan yaradır.
Aksizli məhsulların istehsalı və dövriyyəsinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.
Müştərilərin xəbərləri
“İnternational Leasing” yeni sədr ilə fəaliyyətini genişləndirir - nizamnamə kapitalı 2 milyon manata çatdırılıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Neft məhsulları ilə bağlı yaşanan böhran daha da dərinləşəcək"
-
1 gün əvvəl
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
KPMG şirkəti Azərbaycan da daxil olmaqla 6 ölkə üzrə rəhbər təyin edib
- 1 gün əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Oktyabrın 4-də gözlənilən hava şəraiti
"Bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun inkişafına 28 milyard manat vəsait ayırmışıq"
Azərbaycan neftinin son qiyməti
Sizin Lombard “Açıq qapı günləri” keçirəcək
Ən çox oxunanlar
"Bizə heç kimin köməyi, himayədarlığı lazım deyil. Silah alanda bizə bir dollar güzəşt etməyiblər, hətta bir neçə dəfə baha satıblar"
ABŞ-da işə qəbul kəskin zəifləyib, işsizlik artıb
"Əgər kimsə ikinci belə ölkə tapsa, onda mənə desin, mən də bilim"
Bakı–Quba və Bakı–Qusar marşrutlarını bu şirkət işlədəcək
Aqrar şirkətin nizamnamə kapitalı yarıdan çox azaldılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
























