100 milyon dollarlıq platforma Azərbaycan dilində də fəaliyyətə başladı
Azərbaycanlıların Londonda qurduğu 100 milyon dollarlıq qlobal platforma Azərbaycan dilində də istifadəyə verilib.Böyük Britaniyada yaşayan Azərbaycan əsilli təsisçilər qurduqları 100 milyon dollar dəyərində qlobal platformanı doğma dillərində təqdim edirlər: Halalbooking artıq Azərbaycan dilində də xidmət göstərir.
Böyük Britaniyada yaşayan Azərbaycan əsilli təsisçilər Elnur Seyidli və Ənvər Cəbi qurduqları qlobal səyahət platforması Halalbooking-i doğma dillərində təqdim ediblər.
Marja.az Halalbooking-ə istinadən xəbər verir ki, KPMG-nin 2023-cü ildə apardığı qiymətləndirməyə əsasən 100 milyon dollar dəyərində olan Halalbooking-in Azərbaycan dilində versiyası artıq istifadəyə verilib.
Azərbaycan dili Böyük Britaniya mərkəzli platformada istifadə olunan yeddinci dil olub. Platforma artıq ingilis, ərəb, türk, alman, fransız, rus və Azərbaycan dillərində fəaliyyət göstərir. Bu, ənənəvi inkişaf hekayəsindən fərqlənir: söhbət azərbaycanlıların xaricdə qurduğu qlobal platformanın təsisçilərinin doğma vətəni ilə yeni bağ qurmasından gedir.
Hər şey necə başladı
İdeya şəxsi bir ehtiyacdan yaranıb. On ildən çox əvvəl Ənvər Cəbi öz ailəsi üçün uyğun tətil oteli axtarırdı: qida seçimləri, çimərliyi və digər imkanları uşaqlı ailələrin tətili üçün münasib olan bir kurort. O, bazarda bu ehtiyacların hamısını bir arada qarşılayan rezervasiya platformasının olmadığını gördü. Elnur Seyidli və Ənvər Cəbi texnologiya, məhsul, kommersiya strategiyası və beynəlxalq biznes təcrübəsini birləşdirərək şəxsi ehtiyacdan qlobal səyahət texnologiyaları platforması yaratdılar və 2014-cü ildə Halalbooking-i Böyük Britaniyada birgə təsis etdilər.
İdeyadan 100 milyon dollarlıq şirkətə
2014-cü ildə təsis edilən şirkətin dəyəri 2023-cü ildə KPMG-nin qiymətləndirməsinə əsasən 100 milyon dollara çatıb. Bu gün Halalbooking-in loyallıq klubunun iki milyondan çox üzvü var və platforma 140-dan çox ölkədən müştəriyə xidmət göstərir. Təsisçilərin hədəfi Halalbooking-in dəyərini 2029-cu ilə qədər 1 milyard dollara çatdırmaq və onu azərbaycanlıların qurduğu, “unikorn” statusu qazanan ilk qlobal texnologiya şirkətinə çevirməkdir.
Halalbooking ilk növbədə texnologiya və süni intellektə əsaslanan şirkət, daha sonra isə səyahət platformasıdır. Platforma halal xüsusiyyətlər üzrə xüsusi filtrləri, çoxdilli lokallaşdırması, qlobal təchizatçı sistemləri ilə inteqrasiyaları, data əsaslı marketinqi və müştərilərin tətil seçiminə kömək edən süni intellekt həlləri ilə fərqlənir. Bu filtrlər halal qida, alkoqolsuz məkanlar, yalnız xanımlar üçün nəzərdə tutulan hovuz və çimərliklər, eləcə də ailələr üçün uyğun mühit haqqında məlumatları əhatə edir. Platformanın texnoloji miqyasını göstərən faktlardan biri onun təxminən bir milyon sətirlik proqram kodu üzərində qurulmasıdır.
Niyə Azərbaycan dili və niyə indi
Təsisçilər üçün bu addım şəxsi məna daşıyır: Azərbaycan dili onların ana dilidir.
“Biz bu şirkəti Londonda, dünyanın müxtəlif ölkələrindən olan müştərilər üçün qurduq. Amma uşaqlıqdan danışdığımız dil Azərbaycan dilidir. Platformanı ana dilimizdə təqdim etmək çoxdan istədiyimiz addımlardan biri idi və bunu digər dillərdə tətbiq etdiyimiz eyni yüksək standartla həyata keçirmək istəyirdik”, — deyə Elnur Seyidli, Halalbooking-in həmtəsisçisi və baş icraçı direktoru (CEO), bildirib.
“Mən bu işə öz ailəm üçün uyğun tətil tapa bilmədiyim üçün başladım, amma Halalbooking-i dar bir bazara xidmət edən kiçik səyahət agentliyi kimi qurmadıq. Əvvəldən məqsədimiz ailəvi səyahət edənlər üçün qlobal texnologiya platforması yaratmaq idi. Platformanın Azərbaycan dilində istifadəyə verilməsi bizim üçün şəxsi məna daşıyır, amma eyni zamanda bu, azərbaycanlı təsisçilərin dünya üçün texnologiya şirkətləri qura biləcəyinin də göstəricisidir”, — deyə Ənvər Cəbi, Halalbooking-in həmtəsisçisi və əməliyyat direktoru (COO), əlavə edib.
Bu proses komanda üçün həm də genişmiqyaslı lokallaşdırma işi tələb etdi. Səyahət və rezervasiya sahəsində bir çox terminin Azərbaycan dilində rəqəmsal məhsullarda hamılıqla qəbul edilmiş qarşılığı hələ formalaşmayıb. Buna görə Halalbooking-in Azərbaycan dili üzrə komandası səyahət rezervasiyası prosesinin müxtəlif mərhələləri üçün Azərbaycan dilində terminologiyanı araşdırmalı, seçməli və bəzi hallarda formalaşdırmalı oldu. Bu işin həcmi də təsir edicidir: 500 mindən çox sözdən ibarət məzmun Azərbaycan dilinə uyğunlaşdırıldı. Məqsəd yeni standart formalaşdırmaqdır: dünyanın ən yaxşı səyahət rezervasiya təcrübəsini Azərbaycan dilində təqdim etmək.
Azərbaycanın rəqəmsal iqtisadiyyatı üçün siqnal
Təsisçilər bu addımı daha geniş mənzərənin bir hissəsi kimi görürlər. Azərbaycanın gənc, mobil texnologiyalardan fəal istifadə edən, xaricə səyahətə marağı artan əhalisi və inkişaf edən texnologiya sektoru var. Təsisçilərin fikrincə, ölkənin rəqəmsal iqtisadiyyatını irəli aparacaq yanaşma yalnız yerli standartlarla qurulan yerli məhsullar deyil, qlobal standartlarla hazırlanmış azərbaycandilli rəqəmsal məhsullardır.
Halalbooking qlobal bazar üçün texnologiya şirkəti quran azərbaycanlı təsisçilərin uğurlu nümunəsidir.
Qeyd edək ki, Halalbooking 2014-cü ildə Londonda təsis edilmiş Böyük Britaniya mərkəzli qlobal səyahət texnologiyası platformasıdır. Şirkət halal konseptli səyahət üzrə dünyanın lider platformasıdır və dünya üzrə 500 000 otel, villa və kurort təklif edir. Platformanın filtrləri və məzmunu xüsusi olaraq müsəlman səyahətçilərin ehtiyacları nəzərə alınaraq hazırlanıb.
Müştərilərin xəbərləri
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
-
1 saat sonra
Kredit sahəsində rəhbər və mütəxəssis vakansiyaları açılıb – Müraciətlər qəbul olunur
-
-
32 d. əvvəl
“CFI” növbəti inkişaf mərhələsinə keçərkən Direktorlar Şurasına yeni sədr təyin edib
-
49 d. əvvəl
Neftçilərə özəl kredit – Faiz 12,5%-dən başlayır, komissiya yoxdur®
- 54 d. əvvəl
-
1 saat əvvəl
100 milyon dollarlıq platforma Azərbaycan dilində də fəaliyyətə başladı
- 1 saat əvvəl
-
2 saat əvvəl
Qaçaqmalçılıqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana gətirilir
-
2 saat əvvəl
Kütləvi ixtisar investorlara xoş gəldi – Volkswagen-in səhmləri "uçdu"
-
2 saat əvvəl
Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
-
3 saat əvvəl
Azərbaycan şirkəti Çinin aparıcı idxalçısı ilə anlaşıb - BAKIDA MÜQAVİLƏ İMZALANIB
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Nağd kredit: Faiz 9,9%-dən başlayır, komissiya 0%, müddət 59 aydır ®
Prezidentdən yeni diplomatik təyinatlar
Azərbaycanda BOKT 1 milyon manatlıq səhm emissiyasına gedir
Qaçaqmalçılıqda ittiham olunan şəxs Ukraynadan Azərbaycana gətirilir
Ən çox oxunanlar
Bakıda Bal yarmarkası keçiriləcək – Qeydiyyat 7 sentyabrda başlayır
535 güzəştli mənzil bir anda seçildi – MİDA-dan açıqlama
Sentyabrın 5-də gözlənilən hava şəraiti
Dövlət şirkətinin mənfəətində böyük sıçrayış – 6 ayda 38 dəfəyə yaxın artaraq 23 milyon manatı keçib























