Dünyada ərzaq yenidən sürətlə bahalaşır - Qlobal ərzaq qiymətləri son 4 ilin ən yüksək səviyyəsinə çatıb
Dünyanı yeni ərzaq inflyasiyası şoku gözləyir. Ərzaq bazarında təhlükəli yüksəliş – Qiymətlər 2022-ci ildən bəri maksimumda. Taxıl, şəkər və süd daha çox bahalaşıb – FAO-dan yeni siqnal. El Niño və müharibələr ərzağı bahalaşdırırBirləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatlarına görə, geosiyasi gərginliyin artması və əlverişsiz hava şəraitinin tədarüklə bağlı narahatlıqları gücləndirməsi fonunda qlobal ərzaq əmtəələrinin qiymətləri avqust ayında 2022-ci ilin sonundan bəri ən yüksək səviyyəyə çatıb.
Marja xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi avqustda əvvəlki ayla müqayisədə 1,9%, illik müqayisədə isə 2,5% artıb.
İndeksdə aylıq yüksəlişə əsasən taxıl, şəkər və süd məhsullarının bahalaşması səbəb olub.
Şəkərin qiyməti bir ayda 11,9% artıb
Avqustda dünya bazarlarında buğdanın qiyməti 2,6% yüksəlib. Şəkərin qiymətində isə daha kəskin artım qeydə alınıb – bir ay ərzində 11,9% bahalaşma baş verib.
10 əsas kənd təsərrüfatı məhsulunu izləyən “Bloomberg Agriculture Spot Index” avqust ayında 13%-dən çox yüksələrək 2012-ci ilin iyulundan bəri ən yüksək aylıq artımını göstərib.
Geosiyasi risklər ərzaq bazarınıa təzyiq göstərir
Qlobal ərzaq bazarları yüksək istehsal xərcləri ilə yanaşı, təklif, ticarət və iqlim mənşəli risklərin təzyiqi altında qalmağa davam edir.
İyulun ortalarından etibarən Rusiya-Ukrayna gərginliyinin artması və Rusiyanın hücumlarını genişləndirməyə hazırlaşması Ukraynalı fermerlərin taxıl ixracı imkanlarını çətinləşdirir.
ABŞ və İran arasında sülh danışıqları ilə bağlı ümidlərin zəifləməsi də bazarlarda riskləri artırır.
Avropada isə zəif məhsuldarlıq gözləntiləri qitənin idxaldan asılılığını artırır və qlobal ərzaq ehtiyatları uğrunda rəqabəti gücləndirir.
Yeni ərzaq inflyasiyası şoku riski
Gözləniləndən daha güclü El Niño hadisəsinin davam etməsi səbəbindən hava şəraiti ilə bağlı kənd təsərrüfatı risklərinin qısa müddətdə azalacağı gözlənilmir. Bu vəziyyət qlobal ərzaq bazarlarının yeni inflyasiya şoku ilə üzləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























