Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

SİMA yeni maskotu “Simi”ni təqdim edib

AzVak-mobil_resmin_ustu_31
SİMA yeni maskotu “Simi”ni təqdim edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

SİMA Rəqəmsal Həllər Platformasının yeni rəsmi maskotu – “Simi” təqdim edilib. Brendin yeni siması kimi robotik sincab obrazı seçilib.

Sincab təbiətdəki faydalı resursları toplayan, onları qoruyan zəhmətkeş, çevik, pozitiv heyvan kimi tanınır. Bu xüsusiyyətlər isə rəqəmsal dünyada məlumatların təhlükəsiz şəkildə qorunması və rahat istifadəçi təcrübəsi ilə üst-üstə düşür.

“Simi” SİMA Platformasının 5 alt məhsulu üzrə kommunikasiya kanallarında istifadə olunmaq üçün nəzərdə tutulub. Maskotun hazırlanması xidmət sahəsində trend innovasiyaların tətbiq edilməsi və istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilib. Odur ki, SİMA-nın yeni vizual strategiyası rəqəmsal xidmətləri hər kəs üçün daha sadə və əyləncəli yolla izah etməyi hədəfləyir.

Qeyd edək ki, "Simi" tezliklə SİMA-nın bütün kommunikasiya kanallarında və rəqəmsal interfeyslərində istifadə olunacaq. SİMA platforması dostcanlı və sevimli görünüşə malik olan “Simi” ilə texnologiyanı bütün istifadəçi kütlələri üçün daha anlaşılan və səmimi göstərməyi hədəfləyir.

SİMA Rəqəmsal Həllər Platforması haqqında

"AzInTelecom" MMC tərəfindən yaradılmış SİMA Rəqəmsal Həllər Platforması bulud və biometrik texnologiyalara əsaslanan rəqəmsal ekosistemdir. Platforma "SİMA İmza", "SİMA KYC", "SİMA Access", "SİMA Token" və "SİMA Pay" məhsulları vasitəsilə identifikasiya, imzalama və ödəniş proseslərini tam rəqəmsallaşdırır. Sistem vətəndaşlar, dövlət və özəl sektor üçün məsafədən rahat, çevik və təhlükəsiz xidmət mühiti təmin edir.

Ətraflı məlumat üçün: www.sima.az.

 

08.09.2026 11:06
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19