Kəlbəcərdə 1 milyon unsiyalıq qızıl yatağında ilk partlayış
Qafqazın ən böyük qızıl yatağında istismar mərhələsi başlayır 1300-dən çox iş yeri gözlənilir. Söyüdlü yatağında 1,03 milyon unsiya çıxarıla bilən qızıl ehtiyatı hesablanıb“AzerGold” QSC Qafqazın ən böyük qızıl yatağı hesab olunan Söyüdlüdə (Zod) istismar işlərinin növbəti mərhələsinə keçib. Mədənin istismara hazırlanması çərçivəsində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib.
Marja.az QSC-yə istinadən xəbər verir ki, ilk süxur partlayışı təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun icra olunub. Əməliyyatdan əvvəl təhlükəsizlik perimetri təmin edilib, xəbərdarlıq siqnalları verilib və ərazidə zəruri nəzarət tədbirləri görülüb. Partlayışdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.
Qeyd edilib ki, 2025-ci ilin avqust ayından yataqda genişmiqyaslı geoloji tədqiqat, topoqrafik planlaşdırma və ümumi dərinliyi 18 000 metr olan buruq-qazma işləri həyata keçirilib. Aparılan geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, Söyüdlü qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları faydalı qazıntı yataqlarının iqtisadi qiymətləndirilməsi üzrə beynəlxalq səviyyədə qəbul edilmiş JORC (Joint Ore Reserves Committee) standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb.
İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addımdır.
“AzerGold” QSC, həmçinin Söyüdlü mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlayıb. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb.
Erkən xəbərdarlıq funksiyasına malik sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir. Sistemin tətbiqi istehsalat proseslərində insan həyatının, işçi heyətin və ağır texnikanın təhlükəsizliyinin təmin olunmasına, eləcə də mümkün sürüşmələr səbəbindən yaranacaq fasilə və əlavə xərclərin qarşısının alınmasına xidmət edir.
Yatağın istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri, həmçinin aparılan sınaqların nəticələri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.
Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq.
İndiki mərhələdə Söyüdlü layihəsi üzrə, podrat şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Dağ-mədən sənayesində xüsusi ixtisas, texniki bilik və iş təcrübəsi tələb edən vəzifələr üzrə yerli əmək bazarında uyğun namizədlərin məhdudluğu nəzərə alınaraq, digər regionlardan müvafiq kvalifikasiya və təcrübəyə malik mütəxəssislər də layihəyə cəlb edilib.
Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 həftə sonra
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat sonra
Mikro sahibkarlara güzəştli maliyyə və bank xidmətləri təklif olunur – Qeydiyyat davam edir
-
-
9 d. əvvəl
Qızıl xaric, Azərbaycanın qeyri-neft ixracında artım cəmi 8,3% təşkil edib
- 26 d. əvvəl
-
51 d. əvvəl
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
-
1 saat əvvəl
Azərbaycana avtomobil idxalında böyük geriləmə – Hibrid və elektromobillərin gətirilməsi çöküb
-
1 saat əvvəl
Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq ®
-
1 saat əvvəl
Azərbaycanın xarici ticarətində böyük dəyişiklik – Müsbət saldo 5,7 dəfə artıb
-
2 saat əvvəl
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
-
2 saat əvvəl
Sahibkarlar SİMA İmza səlahiyyətini onlayn və müddətsiz ötürə bilər
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
Azərbaycanda səhiyyə sistemində böyük dəyişiklik – TƏBİB Səhiyyə Nazirliyinə verildi, nazir dəyişdi
PAŞA Bankın səhmləri bahalaşır – İndi almaq, yoxsa gözləmək?
Putin Ukraynanın taleyini Tramp və Si Cinpinlə müzakirə etməyi təklif edib – Zelenski görüşə dəvət olunmaya bilər
Rəsmi məzənnələr açıqlandı
Tramp Zelenskini sərt tənqid etdi: “O, müharibəni bitirmək istəmir və yəqin ki, heç vaxt istəməyib”
Çin iqtisadiyyatı gözləntilərdən daha sürətlə böyüyüb – Daşınmaz əmlak sektorundaisə böhran dərinləşir




























