İran ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqladı
Hörmüzdə yeni gərginlik – İran ABŞ-ın pilotsuz sualtı aparatı ələ keçirdiyini bildirir.İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazının girişində ABŞ-a məxsus pilotsuz sualtı aparatı ələ keçirdiyini açıqlayıb.
Qurumun yaydığı yazılı açıqlamada bildirilir ki, bu gün sübh saatlarında həyata keçirilən “mürəkkəb əməliyyat” nəticəsində ABŞ-a məxsus qabaqcıl pilotsuz sualtı aparat Hörmüz boğazının girişində aşkarlanaraq ələ keçirilib.
Açıqlamada iddia olunur ki, sözügedən aparat 2025-ci ildə ABŞ donanmasına təhvil verilib və qabaqcıl sualtı texnologiyalarla təchiz olunan “ən müasir ağıllı və pilotsuz sualtı vasitələrdən biri”dir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu aparatın ələ keçirilməsini əks etdirən görüntülərin yaxın saatlarda yayımlanacağını bildirib.
Pilotsuz sualtı aparat — insan iştirakı olmadan su altında hərəkət edən, kənardan idarə olunan və ya özü-özünə qərar verən xüsusi robot sistemdir. Bu aparatlar sualtı dron və ya sualtı robot kimi də tanınır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti


























