ABŞ Dövlət katibindən İrana xəbərdarlıq: “Tankerlərinizi itirəcəksiniz”
ABŞ Dövlət katibi Marko Rubio bildirib ki, İran ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri hədəfə almağa davam edərsə, “tankerlərini itirəcək”.ABŞ Dövlət katibi Marko Rubio Kolumbiyaya səfəri zamanı jurnalistlərə açıqlamasında İranla bağlı vəziyyəti şərh edib.
“İran ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini vurmağa cəhd göstərməyə davam edir. Bunu hər dəfə etdikdə və ya etməyə çalışdıqda bir tanker itirəcəklər. Bunu bu gün yenidən görəcəksiniz”, – Rubio bildirib.
ABŞ ordusu İrana məxsus 5 tankeri “məhv etdiyini” açıqlayıb
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yazılı açıqlamasında bildirilib ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu son iki gün ərzində regionda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisini hədəfə alıb. Gəminin zərər görmədiyi və heyət üzvlərindən heç kimin xəsarət almadığı qeyd olunub.
Açıqlamaya görə, ABŞ ordusu cavab tədbiri olaraq xam neft daşıdığı bildirilən İrana məxsus 5 tankeri “məhv edib”.
Bunların Oman körfəzi yaxınlığındakı “M/T Kaviz”, “M/T Charminar”, “M/T Horizon 1”, “M/T Riesco” və Xark adası yaxınlığındakı “M/T Derya” tankerləri olduğu bildirilib.
CENTCOM qeyd edib ki, hücumlardan əvvəl gəmi heyətlərinə tankerləri tərk etmələri barədə xəbərdarlıq edilib. ABŞ tərəfi İranın həmin tankerlərdən “regiondakı proksi qüvvələrin maliyyələşdirilməsi üçün kölgə şəbəkəsinin bir hissəsi kimi istifadə etdiyini” iddia edib.
İran dövlət televiziyası daha əvvəl ABŞ-ın Xark adası yaxınlığında neft tankerini hədəfə almasından sonra Hörmüzqan əyalətinin Cask şəhəri sahillərində daha iki neft tankerinə hücum təşkil etdiyini bildirmişdi.
Bundan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Bəhreyn və Küveyt limanları yaxınlığındakı neft tankerlərinə ərazini tərk etmələri barədə xəbərdarlıq edib və həmin tankerlərin hədəfə alınacağını açıqlayıb.
ABŞ ordusu sentyabrın 5-də də İranın regionda iki ABŞ döyüş gəmisini hədəfə almasından sonra İran İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus üç tankeri “məhv etdiyini” bildirmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 d. əvvəl
-
18 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 40 d. əvvəl
-
51 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”




























