Bakıda yeni kağız və gigiyenik məhsullar zavodu açıldı - 27 milyon manat sərmayə, 240 daimi iş yeri
Uşaq bezi və gigiyenik məhsullar istehsal olunacaq.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib.
Marja xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Fabriora Group” MMC-nin təsisçisi İbrahim Uygur dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.
Bildirilib ki, müəssisədə həm yerli bazar, həm də xarici ölkələrdən gətirilən xammal və materiallardan istifadə olunmaqla kağız və gigiyenik məhsullar, o cümlədən uşaq bezləri, müxtəlif salfetlər və yuyucu vasitələr istehsal ediləcək. On bir hektara yaxın ərazidə yerləşən müəssisədə Almaniya, İtaliya və Türkiyənin müasir və yüksək avtomatlaşdırılmış istehsal texnologiyaları tətbiq olunacaq.
Məhsullar daxili bazarla yanaşı, Gürcüstana, Qazaxıstana, Rusiyaya, Yaxın Şərq ölkələrinə və digər dövlətlərə ixrac ediləcək. Burada 240 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.
Müəssisə İqtisadiyyat Nazirliyinin tabeliyində Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilib. Layihənin ümumi investisiya dəyəri 27 milyon manatdır.
“Fabriora Group” MMC investisiya təşviqi sənədi əsasında avadanlıq idxalı zamanı ƏDV və gömrük rüsumlarından 1 milyon manat dəyərində güzəşt əldə edib.
Müştərilərin xəbərləri
AmCham-da AI gündəliyi – Cisco süni intellektə hazırlıq və rəqəmsal transformasiya təcrübəsini bölüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
- 19 d. əvvəl
-
-
37 d. əvvəl
“McDonald’s Azərbaycan” Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO
-
43 d. əvvəl
Oktyabrın ilk günlərində hava yağıntılı olacaq, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Prime Leasing" Cənub bölgəsində: Cəlilabadda yeni filial qapılarını açdı
-
2 saat əvvəl
SOCAR neft-qaz layihələrində “Halliburton” ilə tərəfdaşlığı böyütmək istəyir
-
2 saat əvvəl
PAŞA Bank qlobal maliyyənin əsas toplantısında – 17-ci dəfə iştirak edir
- 2 saat əvvəl
-
2 saat əvvəl
2 milyon manatlıq istiqraz – 18 aylıq müddət, 16% gəlirlilik – abunə başlayır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
ASELSAN Naxçıvanda zavod açacaq
Yeni maliyyə monitorinqi qaydası 3 ay təxirə salındı
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yasamalda ev almaq istəyənlər üçün yeni imkan: güzəştli kredit illik 8%-dən başlayır






























