ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
ABB-nin 140 milyon dollarlıq bank alışı tamamlandı. ABB Özbəkistan bankının 51%-ni 140 milyon dollara aldı. 2 milyard manatlıq aktivləri və 2 milyondan çox müştərisi olan bank ABB-nin nəzarətinə keçdi.ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb.
Marja.az ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasında qeydiyyata alınıb.
Tranzaksiyanın ümumi dəyəri 1,646 trilyon som (təxminən 140 milyon ABŞ dolları) təşkil edir. Razılaşmaya əsasən, Davr Bankın 51 milyon adi səhmini əldə etməklə Bankın kapital strukturunda 51% paya sahib olub.
Bank yaxın günlərdə Özbəkistan bazarında “ABB Davr” brendi altında universal bank kimi fəaliyyətə başlayaraq fərdi müştərilərə, kiçik və orta bizneslərə, eləcə də iri korporativ qurumlara geniş çeşiddə bank xidmətləri göstərəcək.
Hazırda Davr Bankın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var, aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Özbəkistana dövlət səfəri çərçivəsində, 23 avqust 2026-cı ildə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr Bank” layihəsinin rəsmi açılışı olub.
ABB Maliyyə Qrupunun Özbəkistan bazarında fəaliyyətlə bağlı strateji baxışı ilə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun müsahibəsindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























