"Davr Bank"ın ABB qrupuna qoşulması regional biznes əlaqələrini genişləndirəcək"
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Özbəkistanın "Davr Bank"ının uzunmüddətli emitent kredit reytinqini "B"dən "B+"a yüksəldib və bankın qısamüddətli kredit reytinqini "B" səviyyəsində təsdiqləyib.
"S&P Global Ratings"in yaydığı məlumata görə, uzunmüddətli reytinq üzrə proqnoz "sabit"dir.
"Biz "Davr Bank"ın reytinqlərini yüksəltdik, çünki onu "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) mötədil strateji törəmə strukturu kimi nəzərdən keçiririk. "Davr Bank"ın payına ABB qrupunun məcmu aktivlərinin 10-12 %-i düşür. Bu razılaşma ABB-nin beynəlxalq ekspansiyanı və regional oyunçu kimi mövqelənməyi nəzərdə tutan uzunmüddətli strategiyası ilə uyğunluq təşkil edir", - agentlik qeyd edir.
"Davr Bank"ın adı dəyişdirilərək "ABB Davr Bank" olacaq. Bununla belə, iki struktur arasında əməliyyat inteqrasiyasının səviyyəsi hələ müəyyən edilməlidir. Bu isə S&P-nin qiymətləndirməsini məhdudlaşdırır.
"Hesab edirik ki, ABB qrupunun kredit ödəmə qabiliyyəti fərdi əsasda "Davr Bank"ın kredit ödəmə qabiliyyətindən daha yüksəkdir və buna görə də "Davr Bank"ın reytinqinə bir pillə əlavə (uplift) edirik. Növbəti 12 ay ərzində "Davr Bank"ın diqqətini pərakəndə müştərilərin, həmçinin kiçik və orta biznesin kreditləşdirilməsində saxlayacağını gözləyirik. Bankın 2026-cı ilin sonunadək yeni artım strategiyası hazırlayacağını proqnozlaşdırsaq da, hesab edirik ki, bu seqmentlər onun əsas istiqamətləri olaraq qalacaq və artımı stimullaşdırmağa davam edəcək", - S&P-nin analitikləri bildiriblər.
Analitiklərin fikrincə, "Davr Bank" ABB qrupuna daxil olmaqla yeni imkanlardan, xüsusən də Özbəkistanda Azərbaycan və Türkiyəyə məxsus korporativ müştərilərə xidmət göstərilməsi və ABB-nin beynəlxalq pul köçürmə sistemlərinin inteqrasiyası hesabına faydalana biləcək.
S&P "Davr Bank"ın kredit portfelinin 2026-cı ildə 20-25 % artacağını, 2027 və 2028-ci illərdə isə bu artımın 30-35 %-dək sürətlənəcəyini proqnozlaşdırır. Bununla yanaşı, agentliyin proqnozlarına görə, bankın xalis faiz marjası yüksək səviyyədə - 10-10,3 % səviyyəsində qalacaq. Buna yüksək faiz dərəcələri və bankın daha yüksək gəlirliliyi olan seqmentlərdə iştirakının genişlənməsi kömək edəcək.
"Davr Bank"ın adekvat kapital ehtiyatını qoruyub saxlayacağını gözləyirik. Baza ssenarimiz çərçivəsində səhmdarlar tərəfindən 2026-2028-ci illərdə kapital inyeksiyaları proqnozlaşdırmırıq. Davamlı mənfəət və xalis mənfəətin 100 % yenidən investisiya edilməsi sayəsində risk nəzərə alınmaqla düzəliş edilmiş kapital (RAC) göstəricimizin növbəti 12-18 ay ərzində 10-10,7 % səviyyəsində qalacağını gözləyirik", - S&P qeyd edib.
Eyni zamanda agentlik bir sıra potensial risklərə işarə edir. Ana strukturla inteqrasiya kreditlərin təsnifatında dəyişikliklərə səbəb ola bilər və daha böyük ehtiyatların yaradılması zəruriliyinə gətirib çıxara bilər. Bundan başqa, mülkiyyət hüququnun yeni sahibə keçməsi icra risklərinin yaranması və dividend siyasətində baş verə biləcək dəyişikliklərlə bağlı olaraq strateji planların yenidən nəzərdən keçirilməsinə və onlarda müvafiq düzəlişlərin edilməsinə səbəb ola bilər.
"Bu, öz növbəsində, kapital yığımına təsir edə və növbəti iki-üç il ərzində RAC əmsalının 10 %-dən aşağı düşməsinə səbəb ola bilər. Bu, "Davr Bank"ın kapitallaşmasına dair qiymətləndirməmizi "adekvat" səviyyəsi ilə məhdudlaşdırır, baxmayaraq ki, biz kapitallaşmanın bankın kredit profilinin güclü tərəfi olaraq qalacağını gözləyirik", - S&P-dən bildirilib.
Xatırladaq ki, bu il avqustun 23-ü Daşkənddə "Azərbaycan Beynəlxalq Bankı" ASC "Davr Bank"ın nəzarət səhm paketinin (51 %) əldə edilməsinə dair müqavilə imzalayıb.
Sentyabrın 10-da Daşkənd Respublika Fond Birjasında altı ticarət əməliyyatı çərçivəsində ABB hər birinin qiyməti 32 281,28 sum (2,74 ABŞ dolları) olan 51 milyon adi səhm əldə edib. Beləliklə, ABB Özbəkistan bankının səhmləri üçün 1,65 trilyon sum və ya təxminən 140 milyon ABŞ dolları ödəyib. Sövdələşmənin qiymətindən çıxış edərək, "Davr Bank"ın kapitalının ümumi dəyəri təxminən 3,23 trilyon sum (təqribən 280 milyon ABŞ dolları) olaraq qiymətləndirilir.
"Davr Bank" Özbəkistanda 2001-ci ilin sentyabr ayından fəaliyyət göstərir.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
19 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
- 12 d. əvvəl
-
33 d. əvvəl
1 milyon manatlıq yeni istiqraz emissiyası – Faiz hər ay ödəniləcək, gəlirlilik 15%-dir
-
41 d. əvvəl
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
- 43 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
Azərbaycanla Türkiyə arasında sənəd imzalanıb
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı!
Nazir özünə daha bir müşavir təyin etdi
Ən çox oxunanlar
Geely-nin 40 illiyi Şamaxıda xüsusi yürüş və Monjaro PHEV təqdimatı ilə qeyd olundu
Kənd təsərrüfatı nazirinə yeni müşavir təyin edilib - DOSYE
“Böyük bir banka” qarşı sanksiyalar elan ediləcək
Tramp İran müharibəsini başlatdığına görə peşman olmadığını bildirib
ABŞ neftin qiyməti üzrə proqnozlarını yüksəldib - Neft bazarında təklif şoku dərinləşir























