BOKT-ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək
Azərbaycanda bank olmayan kredit təşkilatlarının (BOKT) biznes kreditləri verməsi daha çox təşviq ediləcək.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Xəyyam İsmayılov deyib.
Onun sözlərinə görə, istehlak kreditləri ilə bağlı ehtiyat tələbləri biznes kreditləri ilə müqayisədə daha sərtdir: "Biznes kreditləri ilə bağlı tələblərimiz isə daha yumşaqdır. Bu məsələdə məqsədimiz BOKT-ların biznes kreditlərini, xüsusilə mikro və biznes kreditlərini təşviq etməsidir. Çünki BOKT-ların əvvəlki dövrdə ehtiyatlanmasına baxsaq, burada belə yanaşma olmayıb, kreditlər arasında hər hansı bölgü aparılmayıb. Yəni istehlak və biznes kreditləri arasında fərq qoyulmayıb. İndiki yanaşmada isə istehlak, biznes və digər kreditlərə fərqli yanaşırıq".
X.İsmayılov vurğulayıb ki, bu məslədə AMB-nin məqsədi biznes kreditlərinin həcminin artırılmasıdır: "BOKT istehlak krediti verdikdə onun daha çox ehtiyat xərci yaranır".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























