Neftin bahalaşması və FED-in faiz artıracağı gözləntisi qızıla "zərbə vurur" - UCUZLAŞIR
Qızılın qiyməti bazar ertəsi neftin bahalaşmasının dünyada inflyasiya ilə bağlı narahatlıqları artırması və ABŞ Federal Ehtiyat Sisteminin (FED, ABŞ Mərkəzi Bankı) bu həftə keçiriləcək iclasında faiz dərəcəsini yüksəldə biləcəyi ilə bağlı gözləntilərin güclənməsi fonunda geriləyib.
Marja xəbər verir ki, dünya bazarında qızıl cümə günü ardıcıl üçüncü həftə ucuzlaşma qeydə aldıqdan sonra 0,5% də ucuzlaşaraq bir unsiya üçün 4329 dollara düşüb.
"KCM Trade" şirkətinin baş bazar analitiki Tim Waterer bildirib ki, hazırkı bazar şəraiti qızıl üçün əlverişli deyil.
Onun sözlərinə görə, enerji qiymətlərinin yüksəlməsi, eləcə də ABŞ Mərkəzi Bankının (FED) və Yaponiya Mərkəzi Bankının (BOJ) iclasları ərəfəsində faiz gözləntilərinin güclənməsi qızılın qiyməti üzərində ciddi təzyiq yaradır və aşağı düşməsinə səbəb olur.
Waterer qeyd edib ki, geosiyasi risklər və pul siyasəti ilə bağlı qeyri-müəyyənlik davam etdiyi müddətdə qızılın qiymətindəki geriləmələrin “təhlükəsiz liman” axtarışında olan investorlar tərəfindən alış imkanı kimi qiymətləndirilməsi mümkündür.
Ötən həftə açıqlanan iqtisadi göstəricilər də FED-in faiz dərəcəsini artıracağı ilə bağlı gözləntiləri gücləndirib. ABŞ-da istehlak qiymətlərinin artım tempi avqust ayında sürətlənib, baza inflyasiyasının əsas göstəricilərindən biri isə son dörd ayın ən yüksək artımını qeydə alıb.
"CME FedWatch Tool"un məlumatına görə, investorlar Fed-in çərşənbə axşamı və çərşənbə günü keçiriləcək iclasında faiz artımı ehtimalını 86,5% səviyyəsində qiymətləndirirlər. Ötən həftənin inflyasiya göstəriciləri açıqlanmamışdan əvvəl bu ehtimal təxminən 67% idi.
Yaponiya Bankının da cümə günü faiz dərəcəsini artıracağı gözlənilir.
Bu arada neft qiymətləri Səudiyyə Ərəbistanına qarşı yeni Husi hücumları və İranın Körfəzdə gəmilərə qarşı hücumlarının tədarüklə bağlı narahatlıqları artırması fonunda bazar ertəsi 3%-dən çox bahalaşaraq 108 dollara çatıb. Səudiyyə Ərəbistanındakı mühüm neft boru kəmərinin fəaliyyətinin dayandırılması da təklif risklərini artırıb.
İran ilə digər Körfəz ölkələri arasında keçirilməsi planlaşdırılan görüşün təxirə salınması isə Yaxın Şərqdə diplomatik səylərin də ləngidiyinə işarə edib.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
23 d. əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
28 d. əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
31 d. əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
2 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
























