ADY Hamburq Limanı ilə mühüm razılaşma imzaladı
Azərbaycan dəmir yolları Avropanın əsas limanlarından biri ilə əməkdaşlığı artırır.AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfər çərçivəsində Hamburq Limanının rəhbərliyi ilə görüş keçirib.
Görüşdə Hamburq Limanının yükdaşımalar üzrə törəmə şirkəti “Metrans”ın nümayəndələri də iştirak edib. Tərəflər Hamburq və Bakı limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, liman-logistika zəncirinin təkmilləşdirilməsi və Orta Dəhliz üzrə tranzit imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Avropa ilə Asiya arasında artan yük axınları fonunda dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Tərəflər multimodal daşımaların inkişafı, konteyner daşımalarının həcminin artırılması, logistika proseslərinin rəqəmsallaşdırılması və yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüşdə Hamburq Limanının çoxillik beynəlxalq təcrübəsinin, xüsusilə liman əməliyyatlarının idarə olunması, logistika mərkəzlərinin fəaliyyəti və rəqəmsal həllərin tətbiqi sahəsində əldə olunan təcrübələrin paylaşılmasının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Bakı Limanında müasir texnika və texnologiyalardan istifadənin genişləndirilməsi, eləcə də dəmir yolu-liman əməliyyatlarının koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verir.
Görüşün yekununda ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Sənəd çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və logistika sahəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
2 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
2 gün sonra
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da! ®
- 4 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakıda və bölgələrdə 29 avtobus marşrutu müsabiqəyə çıxarılır – SİYAHI
- 2 saat əvvəl
-
3 saat əvvəl
Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
-
3 saat əvvəl
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
OPEC neft hasilatını gündəlik 2 milyon barelə yaxın artırıb – Ən böyük artım Səudiyyə Ərəbistanındadır
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Sanksiyanı 10 iş günü ərzində ödə, 10 faizi güzəştdən yararlan
Ən çox oxunanlar
İcracatçıların gəlirlərinin 25 faizindən çox olmayan hissəsi mənfəət vergisindən tam azad edilir
Əhali çekləri tələb edir, dövriyyələr leqallaşır - ƏDV ödəyicisi olmayan subyektlərdən də alışlar üzrə vəsait geri qaytarılacaq
Yükdaşıma ilə məşğul olanlar üçün alternativ vergi rejimi - 8 faizlik vergi rejimini də seçə biləcəklər
Əcnəbi turistlərin sayına uyğun yeni güzəşt mexanizmi gəlir
Bu şərtlərə cavab verən kiçik sahibkarlıq subyektləri 25 faizlik güzəştdən yararlana biləcəklər
İllik 15 faiz gəlir təklif edən 1 milyon manatlıq istiqrazların satışı başlayır – ŞƏRTLƏR




















