970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşıb

Bankların depozitlərə ödədiyi faiz 1 milyard manata çatdı
AzVak-mobil_resmin_ustu_31
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan bank sektorunun 2026-cı ilin yanvar–avqust ayları ərzində depozitlər üzrə faiz xərcləri 827 milyon 500 min manatdan 995 milyon manata yüksəlib.

Bu barədə Marja.az Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında hesablayıb.

Reklam_3_11

Beləliklə, bankların əmanət və depozitlər üzrə faiz xərci bir ildə 167 milyon 500 min manat və ya 20,2% artıb.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Banklardakı depozitlər 5,3 milyard manat artıb

Bankların depozit portfeli 31 avqust 2025-ci ildə 36 milyard 517 milyon 800 min manat, 31 avqust 2026-cı ildə isə 41 milyard 792 milyon 500 min manat olub. Artım 5 milyard 274 milyon 700 min manat və ya 14,4% təşkil edib. 

Əhalinin banklardakı pulları 17,8 milyard manata çatıb

Fiziki şəxslərin banklardakı depozitləri bir ildə 15 milyard 86 milyon manatdan 17 milyard 810 milyon 900 min manata yüksəlib. Artım 2 milyard 724 milyon 900 min manat və ya 18,1% təşkil edib.  

Manatla əmanətlərdə 25%-lik artım

Fiziki şəxslərin milli valyutada əmanətləri 10 milyard 149 milyon 500 min manatdan 12 milyard 684 milyon 600 min manata yüksəlib. Artım 2 milyard 535 milyon 100 min manat və ya 25% təşkil edib. Eyni zamanda fiziki şəxslərin əmanətlərində manatın payı 67,3%-dən 71,2%-ə yüksəlib.    

Xarici valyutada əmanətlər cəmi 3,8% artıb

Əhalinin xarici valyutada əmanətlərinin manat ekvivalenti 4 milyard 936 milyon 500 min manatdan 5 milyard 126 milyon 300 min manata yüksəlib. Artım 189 milyon 800 min manat və ya 3,8% olub. Bu artım manatla əmanətlərdə qeydə alınan 25%-lik artımdan xeyli aşağıdır.    

Müddətli əmanətlər 2 milyard manata yaxın artıb

Fiziki şəxslərin müddətli əmanətləri bir il ərzində 9 milyard 560 milyon 800 min manatdan 11 milyard 520 milyon 700 min manata yüksəlib. Artım 1 milyard 959 milyon 900 min manat və ya 20,5% təşkil edib.  

Müddətli əmanətçilərin sayı 226 mini keçib

Bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 31 avqust 2025-ci ildə 177 min 651 nəfər, 31 avqust 2026-cı ildə isə 226 min 56 nəfər olub. Bir ildə 48 min 405 nəfər və ya 27,2% artım qeydə alınıb.

Şirkətlərin banklardakı depozitləri 24 milyard manata yaxınlaşıb

Hüquqi şəxslərin depozitləri 21 milyard 431 milyon 800 min manatdan 23 milyard 981 milyon 600 min manata yüksəlib. Artım 2 milyard 549 milyon 800 min manat və ya 11,9% təşkil edib. 

İş elanları AzVak.az-da

25.09.2026 11:42
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19