Azərbaycan Vyetnam şirkəti ilə iri yaşıl enerji layihələrinə hazırlaşır
Vyetnamın “ROX Group” şirkəti Azərbaycanda yaşıl enerji layihələrinə daxil olur. Şirkət Azərbaycanda 600 MVt külək və 200 MVt günəş layihəsini araşdıracaq.Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının “ROX Group” Səhmdar Cəmiyyəti arasında Azərbaycanda günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının qiymətləndirilməsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Marja xəbər verir ki, Memorandumu Energetika Nazirliyi adından energetika nazirinin müavini Elnur Soltanov, “ROX Group” Səhmdar Cəmiyyəti adından isə enerji şirkətləri üzrə İcraçı Direktorlar Şurasının sədri Pham Minh Tuan imzalayıb.
Sənəd elektrik enerjisinin ixracı məqsədilə Azərbaycanda 600 MVt gücündə quruda külək və Naxçıvan Muxtar Respublikasında 200 MVt gücündə günəş enerjisi layihələrinin həyata keçirilməsi imkanlarının araşdırılmasını nəzərdə tutur. Memoranduma əsasən, layihələrin texniki-iqtisadi əsaslandırılması, mövcud şəbəkə imkanlarının qiymətləndirilməsi və istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin ölkənin elektrik şəbəkəsinə inteqrasiyası imkanlarının araşdırılması istiqamətində əməkdaşlıq ediləcək.
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
17 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
13 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
12 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
51 d. əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 53 d. əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
5 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
























