Dünyanın iki nəhəng bazarı üz-üzə: Çin Avropa İttifaqına sərt xəbərdarlıq etdi— “Qətiyyətlə cavab verəcəyik”
Brüssel Çin mallarını sıxışdırmağa hazırlaşır, Pekin cavabla hədələyir. Pekindən Brüsselə sərt xəbərdarlıq — Ticarət savaşı riski artırÇin Avropa İttifaqını (Aİ) Çin şirkətləri və məhsullarına qarşı yeni məhdudiyyətlər tətbiq etməməyə çağırıb və belə addımlar atılacağı təqdirdə Pekinin “qətiyyətlə cavab verəcəyini” bəyan edib.
Marja.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin sentyabrın 29-da yaydığı açıqlamada Avropada ABŞ-ın “Section 301” mexanizminə bənzər yeni ticarət alətinin hazırlanması ilə bağlı məlumatlara münasibət bildirilib.
Nazirlik hesab edir ki, Çin şirkətləri və məhsullarına qarşı ayrı-seçkilik xarakterli məhdudiyyətlərin tətbiqi Çin və Aİ arasında davam edən ticarət danışıqlarına ciddi zərbə vura bilər.
“Avropa tərəfi Çinlə dialoq və məsləhətləşmələr aparmaqla yanaşı, Çinə qarşı təzyiq tədbirlərini artırarsa, bu, qarşılıqlı etimadı ciddi şəkildə pozacaq, danışıqlar prosesinə mane olacaq və Çin-Aİ iqtisadi-ticarət əməkdaşlığının ümumi mənzərəsinə mənfi təsir göstərəcək”, – Çin Ticarət Nazirliyinin bəyanatında bildirilir.
Nazirlik xəbərdarlıq edib ki, Aİ Çin şirkətləri və ya məhsullarına qarşı ayrı-seçkilik yaradan məhdudiyyətləri tətbiq etməkdə israr edərsə, Pekin Çin sənayesinin qanuni maraqlarını qorumaq üçün “qətiyyətlə cavab verəcək”.
Aİ Çindən oktyabradək konkret nəticə gözləyir
Çin və Avropa İttifaqı son aylarda ticarət münasibətlərində yaranmış ciddi disbalansın azaldılması ilə bağlı intensiv danışıqlar aparır.
Aİ-nin ticarət məsələləri üzrə komissarı Maroš Šefčovič sentyabrın əvvəlində bildirmişdi ki, Pekin oktyabr ayınadək “konkret nəticələr” təqdim etməlidir. Əks halda Brüssel daha sərt ticarət müdafiəsi tədbirlərinə keçə bilər.
Danışıqlar xüsusilə Çin məhsullarının Avropa bazarına çıxışı, Aİ şirkətlərinin Çin bazarına giriş imkanları, sənaye subsidiyaları, strateji məhsullar və nadir torpaq elementlərinin ixracı ətrafında cəmlənib.
Şefčovičin oktyabrın 8–9-da Pekinə səfər etməsi və Çin tərəfi ilə yüksək səviyyəli siyasi danışıqlar aparması planlaşdırılır. Avropa Komissiyası həmin görüşlərdən ticarət münasibətlərinin balanslaşdırılması istiqamətində konkret nəticələr gözlədiyini bildirib.
Avropa Çin mallarına kvota istəyir
Son məlumatlara görə, Avropa Komissiyası müəyyən Çin məhsullarının Aİ bazarına ixracına kvotaların tətbiqini müzakirə edir.
Brüsselin yanaşmasına əsasən, Çin müəyyən məhsullar üzrə ixracını könüllü şəkildə məhdudlaşdıra bilər. Bunun müqabilində Aİ-nin daha sərt müdafiə və tarif tədbirlərinə əl atmasının qarşısı alına bilər.
Lakin Pekin bu yanaşmaya müqavimət göstərir və Avropanın planlaşdırdığı yeni ticarət alətlərini proteksionist tədbirlər kimi qiymətləndirir.
Çin Ticarət Nazirliyi Avropada müzakirə edilən ABŞ-ın “Section 301” mexanizminə bənzər alətin “tipik proteksionist və birtərəfli tədbir” olduğunu bildirib.
Pekin hesab edir ki, belə mexanizm təkcə Çin-Aİ münasibətlərinə deyil, qlobal istehsal və təchizat zəncirlərinin sabitliyinə də mənfi təsir göstərə bilər.
Ticarət kəsiri qarşıdurmanın əsas səbəblərindəndir
Aİ ilə Çin arasında münasibətlərdə əsas mübahisə mövzularından biri Avropanın sürətlə artan ticarət kəsiridir. Avropa rəsmilərinin açıqlamalarına görə, Aİ-nin Çinlə ticarət kəsiri gündə təxminən 1 milyard avroya çatıb. Brüssel Çin istehsalçılarının yüksək dövlət subsidiyaları və böyük istehsal gücləri hesabına Avropa şirkətləri qarşısında üstünlük qazandığını bildirir. Pekin isə bu iddialarla razılaşmır və Avropanın yeni məhdudiyyətlərini proteksionizm kimi qiymətləndirir.
Müştərilərin xəbərləri
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 2 gün sonra
-
23 d. əvvəl
Plan-ölçü sənədi olan vətəndaşlara şad xəbər – Torpaqlar rəsmiləşdirilə biləcək
-
28 d. əvvəl
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
-
31 d. əvvəl
"AzTelco Group" fəaliyyətini "NaVis Group" adı ilə davam etdirəcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Aylıq 445 manatdan –Daha 90 tam təmirli mənzil kirayə mexanizmi ilə təklif olunur
-
2 saat əvvəl
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Expressbank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Baku Steel Company Azərbaycan–İtaliya Biznes Forumunda iştirak edib
İri şəbəkə Buzovnada mağaza açır
SOCAR Çin şirkəti ilə neft-kimya və istehsalın modernləşdirilməsi sahəsində əməkdaşlığı müzakirə edib
Əczaçılıq sektorunda 41 milyard dollarlıq sövdələşmə
Kapital bazarında yeni rekord: “Prior Leasing” istiqrazlarına tələb təklifi 2 dəfədən çox üstələyib ®

























