Mərkəzi Bank 2 BOKT-un lisenziyasını ləğv edib
“T-Kredit” və “Fintrend” bazardan çıxır – Lisenziyaları ləğv edilib. “T-Kredit”in lisenziyası cəmi 2 ay sonra ləğv edilib. Fintrend” təhrif olunmuş hesabatlara görə lisenziyasını itirib. “T-Kredit” keçmiş “Bank BTB”nin hüquqi varisidir. Ona iyulda verilən lisenziya sentyabrda ləğv edilib.“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr 2026-cı il tarixli Qərarı ilə, “T-Kredit” Bank olmayan kredit təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
Marja xəbər verir ki, bu barədə Mərkəzi Bakın məlumatda bildirilir.
Qeyd edilib ki, İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə, həmçinin, Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” Bank olmayan kredit təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, bank olmayan kredit təşkilatı lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Qeyd edək ki, Mərkəzi Bank 31 iyul 2026-cı il tarixində yaydığı press-relizində Bank “BTB” ASC-nin yenidən təşkili prosesi çərçivəsində lisenziyasının ləğv edilməsi və onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə lisenziya verildiyini açıqlamışdı:
"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank “BTB” ASC-nin müraciəti əsasında “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a müvafiq olaraq Bank “BTB” ASC-yə verilmiş bank lisenziyası ləğv edilmiş, onun hüquqi varisi olan “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilmişdir.
Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, Bank “BTB” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilmişdir. Bu çərçivədə, “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) ilə Bank “BTB” ASC arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank “BTB” ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanmışdır".
Müştərilərin xəbərləri
Davamlı inkişaf və yenidənqurma missiyası ilə "STV Engineering" şirkəti "Rebuild Karabakh" sərgisindədir ®
YAP-dan Türkiyənin hakim partiyasına sərt etiraz: “Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir”
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün sonra
-
17 saat sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
-
12 saat sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
12 saat sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
58 d. əvvəl
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
- 1 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb
-
5 saat əvvəl
Azərbaycanda əhalinin borc yükü son illərin ən yüksək səviyyəsinə çatıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Kapital Bankda əhalinin əmanətləri 1 milyard manat artıb - Depozitlər 10 milyard manatı keçib
Azərbaycanda mənzil öz qiymətini kirayə ilə 23 ilə çıxarır
Mərkəzi Banka yeni səlahiyyət verilir
Ən çox oxunanlar
İnvestisiya şirkətlərinin xalis mənfəəti 60% artıb
Kapital Bankın biznes kreditləri portfeli istehlak kreditləri portfelindən daha sürətlə artıb

























