Zəngilanda ilk dəfə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib
Zəngilanda ilk dəfə texnika festivalı – dünya brendləri Ağalıda. Fermerlər üçün böyük imkan – texnikaya 40% subsidiya, 7 ilədək faizsiz lizinq.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kənd təsərrüfatının inkişafına və işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə göstərdiyi daimi diqqət və qayğı nəticəsində Qarabağ torpaqlarında yenidən həyat qaynayır, əkin sahələri canlanır.
Bu gün Zəngilan rayonunun Ağalı kəndində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin və “Prior Lizinq”MMC-nin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonları ərazisində xüsusi nümayəndəliyinin dəstəyi ilə “Qarabağa Qayıdış – İlk Texnika Festivalı” keçirilib.
Tədbir azad edilmiş torpaqlarda kənd təsərrüfatının müasir texnologiyalar əsasında bərpasına dövlət və özəl sektorun birgə töhfəsinin bariz nümunəsi olub.
Qarabağda ilk dəfə keçirilən texnika festivalı müasir aqrotexnikaların sərgisi, fermerlər üçün xüsusi imkanlar, yerli məhsulların nümayişi və əyləncəli proqramlardan ibarət olub.
Tədbirin əsas məqsədi Qarabağda fəaliyyət göstərən fermerlərin ehtiyaclarını yaxından dinləmək və onların qabaqcıl kənd təsərrüfatı texnikalarına çıxış imkanlarını genişləndirməkdir. Festival çərçivəsində fermerlər “New Holland”, “Lovol”, “Solis”, “Väderstad”, “Maschio Gaspardo”, “Agrotech”, “Parlayan” və “Abollo” kimi dünya brendlərinin texnikaları ilə əyani tanış olub, mütəxəssislər tərəfindən texnikaların imkanları təqdim edilib və suallar cavablandırılıb.
Dövlətin aqrar sahəyə göstərdiyi hərtərəfli dəstək, eləcə də aqrotexnika təminatında tətbiq edilən güzəşt və subsidiyalar regionda kənd təsərrüfatının sürətli inkişafını təmin edir. Prior Leasing də öz növbəsində “Böyük Qayıdış” proqramına öz töhfəsini vermək, tarixi torpaqlarımızın canlandırılmasını və yerli məşğulluğu təşviq etmək məqsədilə bölgəyə köç edən və fəaliyyət göstərən sakinlərə xüsusi şərtlər təklif edir:
Xüsusi lizinq imkanları: Texnikalar 40% dövlət subsidiyası, ilkin ödənişsiz və 7 ilədək faizsiz lizinq şərtləri ilə təqdim olunur.
Aqrotexniki dəstək və təlimlər: Texnikalardan daha səmərəli istifadə olunması üçün fermerlərə 3–6 aylıq operator təlimləri və aqrotexniki dəstək xidmətləri göstərilir.
Festival yalnız texnika nümayişi ilə məhdudlaşmayıb. Tədbir boyu müxtəlif yarışlar, maraqlı əyləncə proqramları təşkil olunub və uşaqlar üçün xüsusi əyləncə zonası yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
9 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























