Maliyyə nazirinin 1-ci müavini ABB-nin rəhbərliyinə gətirilib
ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib30 sentyabr 2026-cı il tarixində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
“ABB” ASC-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən, səsvermə qiyabi şəkildə, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə həyata keçirilib.
Səsvermə nəticəsində Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Mehman oğlu Kərimov 3 il müddətinə “ABB” ASC-nin Müşahidə Şurasının üzvü seçilib. Habelə “ABB” ASC-nin Nizamnaməsinə və “ABB” ASC-nin Müşahidə Şurası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə qərarlar qəbul olunub.
Qeyd edək ki, 30 iyun 2026-cı il tarixinə ABB-nin səhmlərinin 88,54 faizi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, 3,64 faizi Əmlak Məsələləri Dövlət Komitəsinə, 0,22 faizi “Aqrarkredit” QSC-yə məxsusdur. Digər səhmdarların ümumi payı isə 7,60 faiz təşkil edir. Hesabatda qeyd edilir ki, “digər səhmdarlar” kateqoriyasına hər birinin payı 2 faizdən az olan minoritar səhmdarlar daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti
























