Dünya Bankından Azərbaycana yeni kredit – bu magistral yol yenidən qurulacaq
Oktyabrın 2-də Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini Anar Kərimov Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru xanım Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Dünya Bankının “İş yerləri və iqtisadi artım üçün maliyyə əlçatanlığı” (FINGROW) və nəqliyyat missiyalarının əsas nəticələri, gələcək əməkdaşlıq istiqamətləri, eləcə də layihələrin hazırlanmasının və icrasının sürətləndirilməsi məqsədilə aidiyyəti dövlət qurumları ilə Dünya Bankı arasında koordinasiyanın gücləndirilməsi məsələləri müzakirə olunub.
Anar Kərimov qeyd ki, maliyyə əlçatanlığının genişləndirilməsi, özəl sektorun maliyyələşdirilməsi və nəqliyyat infrastrukturunun inkişafı sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanlar mövcuddur.
“FINGROW” layihəsi üzrə hazırlıq işlərinə toxunan A.Kərimov layihə çərçivəsində nəzərdə tutulan qismən kredit zəmanəti və kapital maliyyələşdirilməsi komponentlərinin həyata keçirilməsi üçün müvafiq maliyyələşdirmə və hüquqi mexanizmlərin formalaşdırılması, eləcə də layihənin konseptual çərçivəsinin müəyyənləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Eyni zamanda, Dünya Bankının maliyyələşdirdiyi “Regional Yollar və İnkişaf” layihəsinin cari ilin mart ayında uğurla başa çatdığı qeyd edilib. Bildirilib ki, yol sektorunda əməkdaşlığın davamı olaraq “M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması” layihəsinin hazırlanması və Dünya Bankı tərəfindən kredit və texniki yardım göstərilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Öz növbəsində, xanım R.Prays Azərbaycan ilə Dünya Bankı arasında qarşılıqlı etimada və səmərəli tərəfdaşlığa əsaslanan əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edib. O, “FINGROW” layihəsi çərçivəsində maliyyə əlçatanlığının genişləndirilməsi və nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsi istiqamətində Dünya Bankının maliyyə və ekspert dəstəyini göstərməyə hazır olduğunu bildirib.
Tərəflər qeyd olunan istiqamətlərdə əməkdaşlığın davam etdirilməsinin və koordinasiyanın gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
10 saat əvvəl
Yapı Kredi Bank Azərbaycan 5%-dək keşbek kampaniyasını təqdim edir! ®
-
10 saat əvvəl
Gündə 100-dən çox müraciət – kirayə mənzil sistemi müvəqqəti bağlanır, müraciətlər qəbul edilməyəcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Bakıya iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək - XƏBƏRDARLIQ
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Tanınmış marketinq mütəxəssisinə “Cahan Holdinq”də yüksək vəzifə verildi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Assist Finance” 800 min manat borclanmağa hazırlaşır
Ən çox oxunanlar
Tramp Özbəkistana səfər etmək istəyir
3 investor lizinq şirkətinin 1 milyon manatlıq səhmini aldı
Azərbaycanda mənzillər yenidən bahalaşır - Yeni tikilidə 1 kvadratmetr 2 850 manata çatıb
Oktyabrın 6-da gözlənilən hava şəraiti



























