15 min manatlıq hashtag - #4noyabr
-Son günlər sosial şəbəkələrdə #4noyabr hashtag-i ilə paylaşımların həddən artıq populyarlaşdığını müşahidə edirik. Demək olar ki, əksər istifadəçilər bu hashtag vasitəsilə postlar paylaşırlar. Hətta, çox sayda biznes qurumu da bu hashtag-i paylaşanlara dəyərli hədiyyələr vəd edir. 4 Noyabr tarixinə bir aya yaxın vaxt var, hər kəsi isə düşündürən sual budur, görəsən, bu tarixdə nə baş verəcək?
Biz də məsələ ilə bağlı məlumat əldə etmək üçün kiçik bir araşdırma apardıq. Paylaşımların müxtəlif mövzuları əhatə etdiyini və fərqli istiqamətlərdə yazıldığını nəzərə alaraq, ideya müəllifinin kim və ya kimlər olduğunu müəyyən etmək çətinləşir. Ona görə də, sosial şəbəkələrdə bu #4noyabr hashtag-i ilə ilk paylaşım edənləri müəyyənləşdirməyə qərar verdik.
Nəticədə məlum oldu ki, ilk hashtag-lar Azərbayanın Marketing bazarında yetərincə nüfuza malik bir neçə marketolqun paylaşımındadır.
“Marja” məsləyə aydınlıq gətirmək üçün paylaşım edən həmin marketoloqlardan biri - Elgün Namazlı iləəlaqə saxladı. Elgün bəy də ideyanın onlara məxsus olduğunu təsdiqlədi.
Elgün Namazlı ilə “4 noyabr" məsələsi ilə bağlı olan müsahibəmizi təqdim edirik.
-4 Noyabr tarixi ilə bağlı ilk paylaşımları sizlər etmisiniz. Ona görə də, məhz siz bilərsiniz bu tarixin sirri nədir? Nədir, bu 4 noyabr?
- Bəli, haqlısınız, artıq bu məsələ gündəmə çevrilib. Bizim gözlədiyimiz kimi istifadəçilər də bu tarixlə bağlı çoxlu paylaşımlar edirlər. Paylaşımlar təkcə paylaşım olaraq qalmır, hətta irəli gedərək bəzi biznes qurumları bu hashtag-i paylaşan insanlardan təsadüfi seçiləcəklərə hədiyyələr vəd edirlər. Vəd edilən hədiyyələr də müxtəlifdir, endirim kuponları, tətil rezervasiyaları və s.Marketinq hadisəsinin geniş miqyas alması və müxtəlif qurumların buraya cəlb olunması bizi əslində sevindirir, bu o deməkdir ki, bizi maraqlı bir sürpriz gözləyir.
-Əslində paylaşımların çoxluğu 4 noyabrda nə baş verəcəyi ilə bağlı ehtimalları da çoxaldıb. Variantlar o qədər müxtəlifdir ki, reala ən yaxın hansı ola bilər deyə tapmaq çətinləşir. Bəziləri deyir, hansısa bir parti təşkil olunacaq, bir qrup insan düşünür ki, hansısa kursun və ya kafenin açılışıdır, yaxud kiminsə sevgilisi ilə ilk tanış olduğu gündür. Bəs əsl məsələ nədir?
- Bəli, sosial mediada bizim marketinq hadisəsi ilə bağlı belə ehtimallar yazırlar. Bu normaldır. Belə deyim, bu tarix təbii ki, bir neçə hadisə ilə üst-üstə düşə bilər, amma bizim nəzərdə tutduğumuz əsl 4 noyabr, nə partidir, nə kiminsə sevgilisi ilə bağlı özəl gündür, nə açılışdır. Bu tamamilə fərqli bir marketinq hadisəsidir və əminik ki, insanlar üçün maraqlı olacaq. Nəzərə alsaq ki, artıq hətta biznes qurumları ümumi dəyəri 15 mindən yuxarı olan hədiyyələr vəd ediblər, deməli, bu sadalananlardan fərqli bir məsələdir. Həm də bu məbləğ bir neçə günün içində formalaşıb, əminik ki, 4 noyabr tarixinə qədər vəd olunan hədiyyələrin ümumi büdcəsi dəfələrlə artacaq. Azərbaycanın rəqəmsal marketinq bazarında ilk dəfədir ki, biznes qurumları bir-birinin ardına bu formada hədiyyə yağışına başlayırlar. Hələ biz bunun təkrarını görməmişik.
-Sosial şəbəkələrdə 4 noyabrın nə olması ilə bağlı sadalanan ehtimallar doğru deyilsə, biz deyə bilərikmi ki, bu biznes ideyasıdır və yekunda bizneslə bağlı bir məsələ ortaya çıxacaq?
- Sirr kimi qalmasını istədiyimiz üçün indi marketinq hadisəsinin nədən ibarət olduğunu deyə bilmirəm, amma yaxınlarda açıqlayacağımız məsələ çox maraqlı və faydalı olacaq. Təkcə onu deyə bilərik ki, 4 noyabrla bağlı yekunda bizi kiminsə ad günü, kiminsə sevgilisi ilə tanış olduğu gün yaxud siyasi və ya dini mesajı olan bir məsələ gözləmir. Bu hansısa brendin kampaniyası da deyil.
-Qeyd etdiyimiz kimi, sosial şəbəkələrdə bu marketinq hadisəsi ilə bağlı populyarlıq artır. İdeya sizindir, amma fərdi şəbəkə istifadəçiləri ilə yanaşı, tamamilə fərqli qurumlar da bu tarixlə bağlı paylaşımlar edir. Məsələyə başqa qurumların da cəlb olunması sizi narahat etmir?
- Biz əvvəlindən bilirik ki, bu viral marketinq hadisəsidir. Bunun virallığı da elə geniş kütlənin maraq dairəsinə daxil olmasındadır. Hansısa biznes qurumunun təsadüfi bir adama hədiyə vəd etməsi bizi narahat etmir. Bayaq da qeyd etdiyim kimi, biz əksinə sevinirik ki, insanlar marketinq hadisəsi ilə yanaşı bir də əlavə qurumlardan faydalana biləcəklər. Biz miqyasın geniş olacağını hesablamışdıq və məsələnin belə yayılmasını gözləyirdik. Ona görə də, deyə bilərik ki, hər şey düşündüyümüz kimi davam edir.
-Belə görürük ki, indiki vaxt üçün sirrin nədən ibarət olduğunu açıqlamayacaqsınız. Bəs qarşıdakı günlərdə hazırladığınız marketinq hadisəsi barədə bu hashtag-i izləyənlər üçün növbəti açıqlamalarınız olacaqmı?
-Tezliklə hər şey insanlar üçün aydın olacaq. Biz insaların maraq və düşüncələrinə əsasən, bir neçə məqama da aydınlıq gətirəcəyik. İstifadəçilər növbəti açıqlamalarla bağlı isə tək rəsmi məlumat saytımız 4noyabr.az-ı ziyarət edə bilərlər.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
20 d. əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 39 d. əvvəl
- 50 d. əvvəl
-
52 d. əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
1 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
-
2 saat əvvəl
300-dən çox yerli şirkət bir məkanda: Bakıda böyük biznes sərgisi başlayır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Ən çox oxunanlar
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb
Azərbaycanda media sahəsində vahid qurum yaradılır
























