Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®

AzVak-mobil_resmin_ustu_31
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Son dövrlərdə mənzil maliyyələşdirilməsinə tələbatın davam etməsi Rabitəbankın ipoteka kredit portfelinin dinamikasında da əksini tapıb. Bankın bu istiqamət üzrə ümumi kredit portfeli 200  milyon manatı ötüb.

Bankın yaydığı press-relizdə bildirilir ki, mövcud portfel müxtəlif ipoteka maliyyələşdirilməsi istiqamətlərini əhatə edir. Portfelin 138  milyon manatı adi ipoteka kreditinin, 38 milyon manatı güzəştli ipoteka kreditinin, 13,5 milyon manatı isə güzəştli MİDA ipoteka kreditinin payına düşür. Bundan əlavə, 108 kredit üzrə 9,5 milyon manatlıq maliyyələşdirmə Naxçıvan İpoteka Fondunun xətti üzrə formalaşıb.

Rabitəbank ipoteka kreditləşməsi üzrə müraciətlərin qəbulu və qiymətləndirilməsi, müvafiq sənədləşmə prosesinin təşkili və kreditlərin rəsmiləşdirilməsi üzrə xidmətlərini davam etdirir. 2026-cı ilin ilk üç rübü ərzində Rabitəbank tərəfindən 281 ipoteka krediti üzrə ümumilikdə 29 milyon manatdan çox vəsait ayrılıb. Bu göstəricilər hesabat dövründə Bankın mənzil maliyyələşdirilməsi istiqamətində həyata keçirdiyi kreditləşmənin həcmini əks etdirir.

Bildirilib ki, “Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.

Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 32 xidmət məntəqəsi, 79 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platforması və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Rabitəbank ipoteka ipoteka krediti güzəştli ipoteka MİDA ipoteka Naxçıvan İpoteka Fondu mənzil krediti ipoteka portfeli bank kreditləri mənzil maliyyələşdirilməsi Azərbaycan bankları
06.10.2026 11:26
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19