Böyük bankdan yeni dollar proqnozu
Standard Chartered-dan dollar proqnozu: İndeks 101,6–102,5 aralığında qala biləBöyük Britaniyanın bankçılıq və maliyyə xidmətləri şirkəti Standard Chartered ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr iclasının protokollarında sərt monetar siyasət siqnallarının dolları dəstəklədiyini bildirib.
Marja.az xəbər verir ki, Bank dollar indeksinin yaxın müddətdə 101,6–102,5 diapazonunda qalacağını gözləyir. Hazırda dollar indeksi 102.27 səviyyəsindəri.
Qlobal ticarət və inkişaf etməkdə olan bazarlardakı güclü mövqeyinə görə “İnkişaf etməkdə olan bazarların bankı” kimi tanınan Standard Chartered-ın qiymətləndirməsinə əsasən, FED-in sentyabr iclasının protokolları 25 baza bəndlik faiz artımına geniş dəstək olduğunu göstərib.
Bank qeyd edib ki, FED rəsmiləri inflyasiyanın davamlı olaraq yüksək qalması riskinə diqqət çəkiblər. İclas iştirakçılarının əksəriyyəti inflyasiyanın yüksək səviyyədə qalacağı təqdirdə əlavə faiz artımının məqsədəuyğun ola biləcəyini hesab edib.
Standard Chartered-ın təhlilinə görə, iştirakçıların əksəriyyəti yüksək istiqraz gəlirliliyinə baxmayaraq, maliyyə şərtlərinin iqtisadi artımı dəstəkləməyə davam etdiyini düşünüb. Bununla belə, FED iclasından sonra istiqraz gəlirliliyinin daha da yüksəlməsi maliyyə şərtlərinin əlavə sərtləşməsinə səbəb olub.
Bank həmçinin ABŞ Xəzinədarlığının 39 milyard dollar həcmində 10 illik istiqraz hərracına diqqət çəkib. Hərrac üzrə gəlirlilik 5,30% təşkil edib və bu göstərici hərracdan əvvəlki gözləntilərdən bir qədər aşağı olub. Standard Chartered bunu ABŞ dövlət istiqrazlarına güclü tələb kimi qiymətləndirib.
Bank bildirib ki, dolların növbəti istiqaməti baxımından ABŞ-da açıqlanacaq həftəlik ilkin işsizlik müavinəti müraciətləri də diqqətlə izlənəcək.
Hər gün yeni vakansiyalar - AzVak.az-da
U.S. Dollar Index (DXY) — ABŞ dollarının əsas xarici valyutalar səbətinə qarşı gücünü ölçən indeksdir. DXY dolların beynəlxalq bazarlardakı ümumi istiqamətini izləmək üçün geniş istifadə olunur.
İndeks Avro, Yaponiya yeni, Britaniya funt sterlinqi, Kanada dolları, İsveç kronu və İsveçrə frankı qarşısında dolların məzənnəsini nəzərə alır. Səbətdə ən böyük çəki avroya məxsusdur.
DXY yüksəldikdə bu, adətən ABŞ dollarının səbətdəki valyutalara qarşı möhkəmləndiyini, indeks aşağı düşdükdə isə dolların zəiflədiyini göstərir. İndeksə FED-in faiz qərarları, ABŞ-da inflyasiya və əmək bazarı göstəriciləri, istiqraz gəlirlilikləri və qlobal risk iştahı ciddi təsir göstərir.
DXY-nin baza səviyyəsi 1973-cü ildə 100 olaraq müəyyən edilib.
Müştərilərin xəbərləri
“30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı ®
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
- 1 d. əvvəl
-
10 d. əvvəl
Azərbaycanda minik avtomobili istehsalı 29,9 faiz azalıb, yük avtomobili istehsalı 2,7 dəfə artıb
-
17 d. əvvəl
Bakı–Balakən–Bakı üzrə qatarların hərəkəti bərpa olunur - Biletlərin qiyməti
-
1 saat əvvəl
İllik mənfəəti 300 000 manat olan aqrar şirkət 60 000 manat əvəzinə 6 000 manat vergi ödəyəcək
-
1 saat əvvəl
Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib
-
1 saat əvvəl
Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla Vyetnam arasında birbaşa aviareyslərin açılması müzakirə olunub
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Azərbaycanda minik avtomobili istehsalı 29,9 faiz azalıb, yük avtomobili istehsalı 2,7 dəfə artıb
İllik mənfəəti 300 000 manat olan aqrar şirkət 60 000 manat əvəzinə 6 000 manat vergi ödəyəcək
Ən çox oxunanlar
Sabah “Koroğlu”dan aeroport istiqamətində yol 7 saat bağlı olacaq
Ermənistanın yeni Konstitusiyasının layihəsi bazar ertəsi dərc olunacaq, Paşinyan xalqa müraciət edəcək
Noyabrın 21-də gözlənilən hava şəraiti - 21 dərəcə isti gözlənilir
Bakı Fond Birjasında qayda pozuntusu aşkarlanıb – Listinq Komitəsinin sədri cərimələnib
Tezliklə Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
Milli Məclisin növbəti iclası noyabrın 24-də keçiriləcək, 10 məsələ müzakirə olunacaq




















