Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

Azərbaycan və Türkmənistan tranzit və logistika əməkdaşlığını genişləndirəcək

Azərbaycan–Türkmənistan əlaqələrinin yeni mərhələsi müzakirə olundu
AzVak-mobil_resmin_ustu_31
Azərbaycan və Türkmənistan tranzit və logistika əməkdaşlığını genişləndirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

İlham Əliyev Sərdar Berdiməhəmmədov Azərbaycan Türkmənistan Türkmənbaşı Avaza Azərbaycan–Türkmənistan münasibətləri Mərkəzi Asiya Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü Xəzər dənizi nəqliyyat tranzit logistika iqtisadi əməkdaşlıq siyasi dialoq regional əməkdaşlıq Qurbanqulu Berdiməhəmmədov
08.10.2026 14:20
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19