970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir

Dünyanın iri liman operatorlarından biri Azərbaycanla əməkdaşlığını genişləndirir - Anlaşma. AZCON Holding və DP World arasında mühüm memorandum imzalanıb. Azərbaycanda neft-qaz gəmilərinin birgə maliyyələşdirilməsi nəzərdən keçiriləcək. Həmçinin DP World Azərbaycanda liman, logistika və gəmiqayırma imkanlarını araşdıracaq.
iç səhifə xəbər başlığı altı (mobil)_31
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
iç səhifə xəbər şəkil altı (mobil)_32

AZCON Holding ilə “DP World” arasında liman, logistika, gəmiqayırma və dəniz nəqliyyatı sahələrində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Sənəd liman əməliyyatlarının optimallaşdırılması, rəqəmsallaşdırılması və avtomatlaşdırılması, eləcə də müasir liman texnologiyalarının tətbiqi üzrə təcrübə və ekspertiza mübadiləsini nəzərdə tutur.

Memorandum çərçivəsində tərəflər Azərbaycanda və Xəzər regionunda liman və logistika infrastrukturunun inkişafı, yeni investisiya imkanlarının araşdırılması, eləcə də neft-qaz sektoruna xidmət göstərəcək dəniz gəmilərinin birgə maliyyələşdirilməsi və istismarı üzrə potensial əməkdaşlıq modellərini nəzərdən keçirəcəklər.

Əməkdaşlığın digər istiqaməti Azərbaycanda gəmiqayırma və gəmi təmiri imkanlarının inkişafı, mövcud istehsal güclərindən istifadənin artırılması və Xəzər regionunda müvafiq xidmətlərin genişləndirilməsidir.

Tərəflər, həmçinin liman idarəçiliyi üzrə əməkdaşların təlimi, bilik mübadiləsi və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində birgə təşəbbüslərin həyata keçirilməsi imkanlarını araşdıracaqlar.

AZCON Holding DP World AZCON Holding DP World əməkdaşlıq Azərbaycanda logistika liman infrastrukturu liman investisiyaları Azərbaycanda gəmiqayırma gəmi təmiri dəniz nəqliyyatı Xəzər dənizi Xəzər regionu neft-qaz gəmiləri limanların rəqəmsallaşdırılması logistika investisiyaları Anlaşma Memorandumu Azərbaycanın nəqliyyat sektoru beynəlxalq logistika liman idarəçiliyi
09.10.2026 11:20
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19