970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan və Kamboca arasında vergi və ticarət sazişləri imzalanıb - ikiqat vergitutmanı aradan qaldırır

AzVak-mobil_resmin_ustu_31
Azərbaycan və Kamboca arasında vergi və ticarət sazişləri imzalanıb - ikiqat vergitutmanı aradan qaldırır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub.

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın, habelə vergi üstünlüklərindən sui-istifadənin qarşısının alınması haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi”ni Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul mübadilə etdilər.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Azərbaycan Kamboca Azərbaycan Kamboca iqtisadi əməkdaşlığı Azərbaycan Kamboca sazişləri ikiqat vergitutmanın aradan qaldırılması ikiqat vergitutma sazişi vergidən yayınma vergi sazişləri Mikayıl Cabbarov Çam Nimul İlham Əliyev Hun Manet Kamboca Krallığı Azərbaycan Kamboca ticarət əlaqələri xarici investisiyalar ticarət və iqtisadi əməkdaşlıq ADA Universiteti Hafiz Paşayev diplomatik əməkdaşlıq.
12.10.2026 13:35
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19