Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
Unibank və AYİB 70-ə yaxın sahibkarı bir araya gətirib – Xarici ticarətin maliyyələşdirilməsi müzakirə olunub. Azərbaycan sahibkarlarının xarici bazarlara çıxışı üçün maliyyə imkanları müzakirə olunub.Mərkəzi Bankın qanunvericilik dəyişiklikləri sahibkarlara izah edilib.Unibank və AYİB beynəlxalq ticarətə çıxış imkanlarını 70-ə yaxın sahibkarla müzakirə etdi
Unibank KB və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birgə təşkilatçılığı ilə Ticarətin Sürətləndirilməsi Proqramı çərçivəsində “Xarici Ticarətin Maliyyələşdirilməsi” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirin əsas məqsədi xarici ticarətlə məşğul olan və bu istiqamətdə fəaliyyətini genişləndirməyi planlaşdıran yerli biznes nümayəndələrini ticarətin maliyyələşdirilməsi üzrə mövcud imkanlar, müasir maliyyə alətləri və beynəlxalq təcrübə ilə daha yaxından tanış etmək olub.
Tədbirin açılışında Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nataly Mouravidze və “Unibank”ın Baş Biznes İnzibatçısı Tahir Qəribov iştirakçıları salamlayaraq, tərəflər arasında əməkdaşlıq, biznes sektorunun maliyyələşdirilməsi və ticarətin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş zamanı ticarət əməliyyatlarının maliyyələşdirilməsi, bizneslərin beynəlxalq bazarlara çıxışı, ticarətin maliyyələşdirilməsi alətləri və bu prosesdə bankların rolu ətrafında müzakirələr aparılıb. Mərkəzi Bank tərəfindən müvafiq sahə ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, ABA tərəfindən həyata keçirilən tədbirlər barədə sahibkarlara məlumat verilib. Sahə üzrə ekspertlər beynəlxalq təcrübəni iştirakçılarla bölüşüb, biznes nümayəndələrinin sualları cavablandırılıb.
Tədbir çərçivəsində iştirakçılara “Unibank”ın ticarətin maliyyələşdirilməsi sahəsində biznes müştərilər üçün təqdim etdiyi imkanlar və yeniliklər barədə məlumat verilib, bankın bu istiqamətdə qarşıdakı hədəfləri bölüşülüb. Vurğulanıb ki, Unibank üçün korporativ müştərilərlə uzunmüddətli və dayanıqlı əməkdaşlığın inkişaf etdirilməsi, onların maliyyə ehtiyaclarına uyğun həllərin təqdim olunması və beynəlxalq ticarət imkanlarından daha effektiv istifadə etmələrinə dəstək göstərilməsi prioritet istiqamətlərdəndir.
AYIB ilə birgə keçirilən bu kimi tədbirlər biznes nümayəndələrinin xarici ticarətin maliyyələşdirilməsi sahəsində biliklərinin artırılmasına, beynəlxalq təcrübə ilə tanışlığına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına xidmət edir.
Tədbirdə Unibank müştərisi olan 70-ə yaxın sahibkar iştirak edib.
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan Leobank-ı istifadəyə verib.
AYİB haqqında: AYİB üç qitədə 40 ölkədə özəl sektorun və sahibkarlıq təşəbbüslərinin inkişafını təşviq edən çoxtərəfli bankdır. Bank 77 ölkəyə, həmçinin Avropa İttifaqına və Avropa İnvestisiya Bankına məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
2 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 11 d. əvvəl
- 51 d. əvvəl
-
1 saat əvvəl
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
-
1 saat əvvəl
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
-
1 saat əvvəl
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib
-
2 saat əvvəl
Avtomobil bazarında qiymətlər qalxıb– “Hyundai Sonata” liderdir
-
2 saat əvvəl
İnflyasiya və iqtisadi sabitlik sahəsində araşdırmalara Nobel mükafatı
-
2 saat əvvəl
“PAŞA Bank” nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycanda inflyasiya açıqlandı
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib
Avtomobil bazarında qiymətlər qalxıb– “Hyundai Sonata” liderdir
Avropada qazın qiyməti həftəyə artımla başlayıb




























