Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
“Ziraat Bank Azərbaycan” aqrar sahibkarların maliyyələşdirilməsini prioritet hesab edir. Selçuk Demir: Kənd təsərrüfatı iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır8–10 oktyabr tarixlərində III Beynəlxalq Aqro Biznes Forumu keçirilib. Tədbirin baş sponsoru “Ziraat Bank Azərbaycan” ASC olub.
Aqrar sektorun inkişafı, maliyyələşdirmə imkanlarının genişləndirilməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunan forum dövlət qurumlarının, maliyyə institutlarının, yerli və xarici şirkətlərin nümayəndələrini bir araya gətirib.
Forum çərçivəsində kənd təsərrüfatına investisiyaların cəlb edilməsi, aqrar sahibkarlığın dəstəklənməsi, maliyyə resurslarına çıxış imkanlarının artırılması və sektorda yeni əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirdə çıxış edən “Ziraat Bank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Dr. Selçuk Demir bankın aqrar sektorun inkişafına verdiyi davamlı dəstəkdən danışıb.
O bildirib ki, “Ziraat Bank Azərbaycan” ASC olaraq kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarların etibarlı maliyyə tərəfdaşı olmaqla yanaşı, onların bizneslərinin inkişafına, fəaliyyətlərinin genişləndirilməsinə və yeni imkanlar qazanmalarına hər zaman xüsusi önəm veririk. Dr. Selçuk Demir çıxışında kənd təsərrüfatı, su və enerji resurslarının qlobal əhəmiyyətinə diqqət çəkərək bu sahələrin dünyanın gələcəyinin müəyyənləşdirilməsində mühüm rol oynadığını vurğulayıb.
“Kənd təsərrüfatı süfrəmizdəki çörəyimiz, iqtisadiyyatımızın və gələcəyimizin təminatıdır”, – deyə o qeyd edib.
Forum çərçivəsində “Ziraat Bank Azərbaycan” ASC tədbirin baş sponsoru olaraq təltif edilib.
Forumda həmçinin Azərbaycan–Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Yalçın Camalov, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, Türk Dünyası Tarım Birliyinin sədri Doğan Başaran və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) icraçı direktoru Zaur Kərimov çıxış ediblər.
Qeyd edək ki, Beynəlxalq Aqro Biznes Forumu ənənəvi beynəlxalq biznes platforması kimi fəaliyyətini davam etdirir. 2023-cü ildə keçirilən ilk forumda 10 ölkədən 55 şirkət və 900 iştirakçı, 2024-cü ildə təşkil olunan ikinci forumda isə 10 ölkədən 30 şirkət və 2000 iştirakçı təmsil olunub.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
1 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 10 d. əvvəl
-
57 d. əvvəl
Azərbaycan 1,55 milyon litr şərab ixrac edib – Əsas alıcı ölkələr açıqlandı
- 1 saat əvvəl
-
1 saat əvvəl
BOKT-un illik 15% gəlirli istiqrazlarının hamısı alınıb -2 milyon manat cəlb etdi
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Sizin Lombard”dan "75/25 Payız fürsəti" ®
Azərbaycanda oyuncaqların satışı və idxalı ilə bağlı yeni qaydalar təsdiqləndi – 6 ay sonra qüvvəyə minəcək
Torpağa dəyər, gələcəyə inam – Ziraat Bank Azərbaycan III Beynəlxalq Aqro Forumda! ®
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycanda inflyasiya açıqlandı
Unibank və AYİB-dən biznesə dəstək – Xarici ticarət üzrə maliyyə alətləri təqdim edildi
İlham Əliyev: Kamboca ilə birgə istehsal müəssisələrinin yaradılmasını müzakirə etdik
Kreml Zelenskinin seçkilərin keçirilməsi üçün 60 günlük atəşkəs təklifini rədd edib























