“International Leasing”də idarəetmə strukturu dəyişdirilə bilər – Direktorun səlahiyyətlərinə xitam verilməsi gündəlikdədir
“International Leasing” ASC-də idarəetmə strukturunun dəyişdirilməsi planlaşdırılır. Şirkətin səhmdarları Müşahidə Şurasının və İdarə Heyətinin təsis edilməsi, onların üzvlərinin müəyyənləşdirilməsi, həmçinin direktorun səlahiyyətlərinə xitam verilməsi məsələlərini müzakirə edəcəklər.
Marja.az xəbər verir ki, bu məsələlər 11 noyabr 2026-cı il tarixində, saat 11:00-da keçiriləcək “International Leasing” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə daxil edilib.
Yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ak. Həsən Əliyev küçəsi, 86A ünvanında keçiriləcək.
Direktorun səlahiyyətlərinə xitam verilməsi müzakirə olunacaq
Şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dörd məsələ daxil edilib:
1. Cəmiyyətin Müşahidə Şurasının təsis edilməsi və üzvlərinin müəyyən edilməsi;
2. Cəmiyyətin İdarə Heyətinin təsis edilməsi və üzvlərinin müəyyən edilməsi;
3. Direktorun səlahiyyətlərinə xitam verilməsi;
4. Cəmiyyətin Nizamnaməsinə dəyişiklik edilməsi.
Qeyd edək ki, bildirişi “International Leasing” ASC-nin direktoru Elşən Vəliyev imzalayıb.
Gündəliyə daxil edilmiş məsələlərin təsdiqlənəcəyi təqdirdə şirkətin idarəetmə strukturunda dəyişikliklər baş verəcək.
“International” BOKT-də də Müşahidə Şurası ilə bağlı qərar veriləcək
Eyni zamanda “International” ASC Bank Olmayan Kredit Təşkilatı (BOKT) da səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.
Yığıncaq 11 noyabr 2026-cı il tarixində, saat 10:00-da Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, 12A ünvanında baş tutacaq.
BOKT-nin səhmdarları Müşahidə Şurasının Əsasnaməsinin təsdiq edilməsi məsələsini müzakirə edəcəklər.
Bu barədə bildirişi “International” ASC BOKT-nin İdarə Heyətinin sədri Nicat Həsənov imzalayıb.
Beləliklə, hər iki şirkətin səhmdarlarının növbədənkənar ümumi yığıncaqları eyni gündə keçiriləcək. Lakin “International Leasing” ASC-də yeni idarəetmə orqanlarının yaradılması və direktorun səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulduğu halda, “International” BOKT-də Müşahidə Şurasının Əsasnaməsinin təsdiqlənməsi müzakirə ediləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 6 gün sonra
-
11 saat əvvəl
Anthropic səhmləri ilk birja günündən sonra10 faiz ucuzlaşıb, Nasdaq geriləyib
-
12 saat əvvəl
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycanda aqrar kredit kooperativlərinin yaradılması nəzərdə tutulur
- 13 saat əvvəl
-
14 saat əvvəl
253 min 800 nəfər işsiz kimi qeydiyyatdadır, ayda orta hesabla 479 manat alırlar
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Abşeron Avtomobil Mərkəzində Mercedes-Benz-in yeni GLE, GLE Coupé və GLS modelləri təqdim olunub
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda tikinti materialı istehsalı artb
Azərikard finteklər üçün yeni imkanlar təqdim edib
Bakıda 57B nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayır
Azərbaycanda nikah səviyyəsi aşağı düşüb, 31 min nikaha daxilolma və 15 min boşanma qeydə alınıb
























