970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
indi kredit sifariş et_21

“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayını 9.2 milyon manat mənfəətlə başa vurub

AzVak-mobil_resmin_ustu_31
“Yapı Kredi Bank Azərbaycan”  2026-ci ilin 9 ayını  9.2 milyon manat mənfəətlə başa vurub
iç səhifə xəbər şəkil altı (mobil)_32

“Yapı Kredi Bank Azərbaycan” 2026-ci ilin 9 ayının (yanvar - sentyabr) yekunları üzrə rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

Bankın yaydığı press-relizdə bildirilir ki, hesabat dövrünü uğurla yekunlaşdıran bankın 2026-cı ilin üçüncü rübünün sonuna xalis mənfəəti 9.2 milyon manat təşkil edib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 39% artaraq 51.8 milyon manat, qeyri-faiz gəlirləri 16% artaraq 24.3 milyon manata çatıb. Bununla yanaşı, bankın xalis faiz gəlirləri 12% artımla 32.5 milyon manat təşkil edib.

Keçən ilin sonu ilə müqayisədə bankın ümumi aktivləri 27% artaraq 1 milyard manat həddini keçib.

İstehlak və biznes kreditlərinə olan yüksək müştəri tələbatı maliyyə göstəricilərində öz əksini tapıb.

Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 21% artaraq 563 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 391.3 milyon manat, istehlak kreditləri portfeli 101.3 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri isə 70.6 milyon manat təşkil edib.

Bankın depozit portfeli keçən ilin sonu ilə müqayisədə 20% artaraq 631 milyon manat təşkil edib. Bu məbləğin 525 milyon manatı hüquqi şəxslərin,106 milyon manatı isə fiziki şəxslərin depozitlərinin payına düşür.  

2026-cı ilin üçüncü rübünün yekunlarına dair göstəricilərə əsasən, “Yapı Kredi Bank Azərbaycan” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş prudensial normativləri lazımi səviyyədə yerinə yetirib. Müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 12%, məcmu kapitalının adekvatlıq əmsalı isə 15% təşkil edib. Bankın tutulmalardan sonra məcmu kapitalı 115 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən minimum məcmu kapital norması 50 milyon manatdır.

Bankın rəqəmsal transformasiya və inkişaf istiqamətində həyata keçirdiyi investisiyalar uğurla davam etdirilir.

Bu investisiyaların müsbət təsirlərinin qarşıdakı dövrlərdə bankın gəlirliliyinə və xidmət keyfiyyətinə daha əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Əsas səhmdarı Türkiyənin Yapı Kredi A.Ş. bankı olan Yapı Kredi Bank Azərbaycan QSC Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət göstərir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Yapı Kredi Bank Azərbaycan Yapı Kredi Bank Azərbaycan mənfəət 2026 Yapı Kredi maliyyə nəticələri Yapı Kredi aktivləri Yapı Kredi kredit portfeli Yapı Kredi depozitləri Yapı Kredi faiz gəlirləri Yapı Kredi kapitalı Azərbaycan bankları bankların maliyyə göstəriciləri 2026
13.10.2026 12:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19