Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"

Ekspert: Dərnəgüldə yüksək icarə və daşıma xərcləri qiymətləri artırır. Dərnəgülün itirdiyi üstünlük Lökbatanda var – Tikinti materialları ucuzlaşa bilər. Yeni tikinti bazarında 2000-dən çox sahibkar fəaliyyət göstərir. Yeni ticarət məkanının üstünlükləri.
AzVak-mobil_resmin_ustu_31
"Dərnəgül tikinti bazarının “Abşeron” Ticarət Mərkəzinə köçürülməsi qiymətləri aşağı sala bilər"
iç səhifə xəbər şəkil altı (mobil)_32

Tikinti materialları bazarının Dərnəgüldən “Abşeron” Ticarət Mərkəzinə köçməsi qiymətlərə təsir edəcək.

Bunu əmlak və tikinti sektoru üzrə ekspert Firdovsi Xəlilov bildirib.

Reklam_3_11

Ekspertin sözlərinə görə, Dərnəgülün əsas üstünlüyü ağır yükləri qəbul edən Keşlə stansiyasına yaxınlığı idi. Şəhərdə nəqliyyat sıxlığını azaltmaq və bu stansiyaları sərnişin daşınmaya yönəltmək addımları yük stansiyalarının Lokbatana köçürülməsi ilə nəticələndi və Dərnəgül bu üstünlüyü itirdi. İndi yük maşınları şəhər mərkəzindən keçir, tıxac çatdırılmanı gecikdirir. Müştəri vaxt itirir, daşıma xərci isə malın qiymətinə əlavə olunur.

“Taxta, dəmir, tikinti daşı kimi ağır materiallar satılan yer yük dəmiryoluna yaxın olmalıdır. “Abşeron” Ticarət Mərkəzi Lökbatandakı yük stansiyasının yaxınlığındadır. Materialın qiymətindəki yüksək və gərəksiz xərc elə ağır yükün stansiyadan bazara daşınmasındadır. Bu xərc azalanda qiymət də düşür”, – F.Xəlilov deyib.

Ekspert bildirib ki, Dərnəgül artıq paytaxtın mərkəzi hissəsinə çevrilib və icarə haqları da buna uyğun bahadır. “Abşeron” Ticarət Mərkəzində isə icarə iki-üç dəfə ucuzdur. İcarəyə az xərcləyən satıcı malı da sərfəli qiymətə təklif edə bilir.

F.Xəlilovun sözlərinə görə, yeni məkanda 2000-dən çox sahibkar fəaliyyət göstərir, burada həm yerli, həm də xarici istehsal olan geniş çeşid təklif olunur.

“Alıcı üçün bir yerdə çox seçimin olması həm vaxta, həm də pula qənaətdir. Qiymətləri yerindəcə müqayisə edib ən sərfəlisini seçə bilir”, – ekspert əlavə edib.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Dərnəgül tikinti bazarı Abşeron Ticarət Mərkəzi tikinti materiallarının qiymətləri tikinti materialları bazarı Lökbatan Keşlə yük stansiyası tikinti materiallarının ucuzlaşması Firdovsi Xəlilov kommersiya obyektlərinin icarəsi tikinti bazarının köçürülməsi Bakıda tikinti materialları tikinti xərcləri
15.10.2026 08:38
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19