Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələriAzərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, ilin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmlənib və kredit portfeli genişlənib.
Qeyd edilib ki, əldə olunan nəticələr Bankın uzunmüddətli inkişaf hədəflərinə doğru ardıcıl irəlilədiyini göstərir. Bank Respublika müştərilərin və sahibkarların maliyyə ehtiyaclarına uyğun həllər təqdim etməklə biznes fəaliyyətinin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə dəstəyini davam etdirib.
2026-cı ilin ilk doqquz ayı üzrə əsas maliyyə göstəriciləri (ötən ilin müvafiq dövrü ilə müqayisədə):
· Aktivlər 2,66 milyard manat olub ki, bu da ölkənin bank sektoru üzrə ən yüksək göstəricilərdən biridir;
· Nizamnamə kapitalı 3 dəfədən çox artaraq 240,3 milyon manat təşkil edib;
· Məcmu kapital 18,8% artaraq 295,88 milyon manat təşkil edib;
· Kredit portfeli 11,5% artaraq 1,76 milyard manata yüksəlib;
· Xalis faiz gəlirləri 16,9% artaraq 148,36 milyon manat olub;
· Xalis əməliyyat mənfəəti 14,9% artaraq 67,3 milyon manata çatıb;
· Xalis mənfəət 16,5% artaraq 50,29 milyon manat təşkil edib;
· Depozit portfeli 1,1 milyard manat olub ki, bu da müştərilərin Bank Respublika-ya etimadını və onu etibarlı maliyyə tərəfdaşı kimi seçdiyini əks etdirir;
· Xarici maliyyə institutlarından cəlb edilən vəsaitlər 15% artaraq 500 milyon manat olub
Maliyyə dayanıqlığının əsas göstəriciləri:
· I dərəcəli kapitalın adekvatlıq əmsalı - 11,7% (normativ: 6,5%);
· Məcmu kapitalın adekvatlıq əmsalı - 14,6% (normativ: 12,5%);
· Leverec əmsalı - 8,81% (normativ: 5%);
· Qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı -0,87% təşkil edib ki, bu da bank sektorunda ən aşağı göstəricilərdən biridir.
"Bank Respublika qarşıdakı dövrdə də dayanıqlı böyümə, real sektorun maliyyələşdirilməsi və müştərilərə təqdim olunan xidmətlərin inkişafı üzrə strateji prioritetlərini davam etdirəcək. Bank maliyyə dayanıqlığının qorunmasına və risklərin effektiv idarə olunmasına əsaslanaraq uzunmüddətli inkişaf imkanlarını genişləndirməyi hədəfləyir", - press-relizdə bildirilir.
Müştərilərin xəbərləri
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 saat sonra
-
14 d. əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
-
- 18 d. əvvəl
-
1 saat əvvəl
Tabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
1 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
1 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
-
1 saat əvvəl
20 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub - SİYAHI, YENİLƏNİR
-
2 saat əvvəl
Mərkəzi Bank: Gündəlik 20 min manatlıq kart köçürmələri şübhə yarada bilər
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir
Ən çox oxunanlar
Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı ®
“Azər Türk Bank”ın xalis mənfəəti 62% artıb – Aktivləri 2,2 milyard manata yaxınlaşıb
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
ATB-nin xalis mənfəəti 62% artıb
CineMastercard Bakı hava limanının uçuş zonasında kinoteatr açıb ®
Oktyabrın 16-da gözlənilən hava şəraiti




















