Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
Azərbaycanda ən çox qazanan banklar – 9 ayın nəticələriAzərbaycanda bankların 9 aylıq xalis mənfəəti 1,08 milyard manatı ötüb – ABB, Kapital Bank və PAŞA Bank ilk üçlükdədir.
30 sentyabr 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların xalis mənfəət göstəricilərinə görə, ən yüksək mənfəəti ABB, Kapital Bank və PAŞA Bank əldə edib. Bankların açıqladıqları maliyyə nəticələrinə əsasən, siyahıda yer alan 21 bankın 2026-cı ilin 9 ayı üzrə ümumi xalis mənfəəti 1 milyard 81,8 milyon manata çatıb.
Marja.az xəbər verir ki, mənfəət məbləğinə görə birinci yerdə 352 milyon 377 min manat ilə ABB qərarlaşıb. İkinci yeri 297 milyon 4 min manat mənfəətlə Kapital Bank, üçüncü yeri isə 133 milyon 802 min manatla PAŞA Bank tutub.
Beləliklə, ilk üç bankın ümumi xalis mənfəəti 783,2 milyon manat təşkil edib. Bu da siyahıdakı bütün bankların ümumi mənfəətinin təxminən 72,4%-nə bərabərdir.
İlk beşliyi Bank Respublika və AccessBank tamamlayır
Mənfəət sıralamasında dördüncü yerdə 50 milyon 285 min manatla Bank Respublika, beşinci yerdə isə 45 milyon 246 min manatla AccessBank qərarlaşıb.
Sonrakı yerlərdə Bank of Baku 27 milyon 45 min manat, Unibank 26 milyon 610 min manat, Xalq Bank 24 milyon 73 min manat, Ziraat Bank Azərbaycan 20 milyon 958 min manat, Yelo Bank isə 17 milyon 257 min manat xalis mənfəət ilə yer alıb.
Azər-Türk Bankın xalis mənfəəti 15 milyon manatı ötüb
Siyahının növbəti sıralarında Azər-Türk Bank 15 milyon 166 min manat, Rabitəbank 13 milyon 757 min manat, Premium Bank 12 milyon 983 min manat, Expressbank 9 milyon 942 min manat, Yapi Kredi Bank Azərbaycan 9 milyon 247 min manat və Bank VTB (Azərbaycan) 7 milyon 678 min manat xalis mənfəət açıqlayıb.
Azərbaycan Sənaye Bankı 5 milyon 427 min manat, Bank Avrasiya 3 milyon 996 min manat, AFB Bank 3 milyon 602 min manat, Bank Melli İran Bakı filialı 3 milyon 144 min manat, Turanbank isə 2 milyon 172 min manat mənfəət əldə edib.
16 bankda artım, 5 bankda azalma qeydə alınıb
2025-ci ilin eyni dövrü ilə müqayisədə siyahıdakı 21 bankdan 16-sı xalis mənfəətini artırıb, 5-i isə azaldıb. Ən yüksək artım tempi Unibankda qeydə alınıb. Bankın xalis mənfəəti illik müqayisədə 72,6% artıb. Sonrakı yerlərdə Expressbank 65,1%, Azər-Türk Bank 61,8%, AFB Bank 59,2% və Premium Bank 42,8% artım göstərib.
Lider ABB-nin xalis mənfəəti 34,8%, Kapital Bankın xalis mənfəəti 29,6%, AccessBankın xalis mənfəəti isə 27% artıb.
Mənfəətdə ən kəskin azalma Xalq Bankda müşahidə olunub. Bankın xalis mənfəəti 2025-ci ilin eyni dövrü ilə müqayisədə 53,3% azalıb.
Azalma qeydə alınan digər banklar Yelo Bank, Bank Avrasiya, Bank Melli İran Bakı filialı və Bank VTB (Azərbaycan) olub. Bu banklarda xalis mənfəət müvafiq olaraq 30,5%, 30%, 28,2% və 26,8% azalıb.
Sektor üzrə mənzərə
Açıqlanan nəticələr göstərir ki, bank sektorunda mənfəətin əsas hissəsi yenə də iri banklarda cəmləşib. Təkcə ABB və Kapital Bankın birgə xalis mənfəəti 649,4 milyon manat olub ki, bu da siyahıdakı bankların ümumi mənfəətinin təxminən 60%-nə bərabərdir.
Eyni zamanda, bəzi orta ölçülü banklarda yüksək artım tempi qeydə alınsa da, bazarın mənfəət strukturunda əsas ağırlıq ilk üç bankın üzərində qalır. Digər tərəfdən, 5 bankda xalis mənfəətin azalması sektor daxilində fərqli dinamikanın mövcud olduğunu göstərir.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 12 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
-
54 d. əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
1 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 1 saat əvvəl
-
2 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
Ən çox oxunanlar
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
21 bank 2026-cı ilin 9 ayını mənfəətlə başa vurub
13%-lik istiqrazları 71 investor aldı


























