Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
Dizelin bahalaşmasının qarşısını almaq üçün strateji ehtiyatlar işə salınır. Beynəlxalq Enerji Agentliyi bazara 20 milyon bareldən çox dizel yanacağı çıxaracaqBeynəlxalq Enerji Agentliyi (IEA) qlobal bazarda yanacaq təklifini artırmaq və sürətlə yüksələn qiymətləri aşağı salmaq məqsədilə strateji ehtiyatlardan 20 milyon bareldən çox dizel yanacağının bazara çıxarılması barədə razılığa gəlib.
Marja.az xəbər verir ki, qərar oktyabrın 15-də agentliyə üzv 32 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən İdarəetmə Şurasının iclasında qəbul edilib.
Qərara əsasən, 2026-cı ilin mart ayında razılaşdırılmış rekord həcmdə strateji neft ehtiyatlarının bazara çıxarılması proqramı sürətləndiriləcək. Proqram çərçivəsində qalan təxminən 100 milyon barel neft və neft məhsullarının, o cümlədən 20 milyon bareldən çox dizel yanacağının mümkün qədər tez bazara təqdim edilməsi planlaşdırılır.
Agentliyin məlumatına görə, mart ayında Hörmüz boğazında yaranmış böhrana cavab olaraq üzv ölkələr strateji ehtiyatlarından 400 milyon bareldən çox neft və neft məhsulunu bazara çıxarmaq barədə öhdəlik götürüblər. İndiyədək bu proqram çərçivəsində təxminən 330 milyon barel ehtiyat bazara buraxılıb.
Bəzi üzv ölkələrin ilkin öhdəliklərindən daha böyük həcmdə ehtiyat buraxması, digərlərinin isə bunu planlaşdırması nəticəsində bazara çıxarılacaq ümumi həcmin əvvəlcədən müəyyən edilmiş 400 milyon bareli ötəcəyi gözlənilir.
Qlobal bazarlarda dizel yanacağının qiymətlərinin kəskin artması İran ətrafındakı müharibə və Rusiya-Ukrayna münaqişəsi nəticəsində təchizat zəncirlərində yaranan fasilələrlə əlaqələndirilir. Bir sıra bazarlarda dizelin qiyməti rekord səviyyələrə yüksəlib. Bu vəziyyət inflyasiya təzyiqlərini gücləndirir, nəqliyyat və logistika xərclərini artırır, əhalinin yaşayış xərclərinə mənfi təsir göstərir.
ABŞ Prezidenti Donald Tramp da yanacağın qiymətlərinin aşağı salınması üçün Avropa İttifaqı ölkələrini strateji ehtiyatlarından istifadə etməyə çağırıb. Tramp əks halda ABŞ-dan dizel yanacağının ixracına qadağa qoyulmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Bu təşəbbüs ABŞ-da noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində yanacaq qiymətlərinin aşağı salınması səylərinin tərkib hissəsi kimi qiymətləndirilir.
Beynəlxalq Enerji Agentliyi həmçinin neft hasilatı və emalı imkanlarına malik üzv ölkələri xam neft və neft məhsullarının, xüsusilə dizel yanacağının istehsalını artırmağa çağırıb.
Agentliyin qiymətləndirməsinə görə, strateji ehtiyatların bazara çıxarılması qısamüddətli dövrdə təklif çatışmazlığının yumşaldılmasına və qiymət təzyiqlərinin azaldılmasına kömək edə bilər. Bununla belə, enerji bazarlarında davam edən geosiyasi risklər və təchizat məhdudiyyətləri qiymətlərin sabitləşməsini çətinləşdirir.
Qeyd edək ki, yeni qərar ayrıca 20 milyon barellik əlavə proqramın başlanması deyil, mart ayında razılaşdırılmış ehtiyatların bazara çıxarılmasının sürətləndirilməsini nəzərdə tutur.
Müştərilərin xəbərləri
Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
27 d. əvvəl
Almaniyanın Çin ilə ticarət kəsiri rekord həddə çatır – 100 milyard avronu ötəcək
- 32 d. əvvəl
-
-
38 d. əvvəl
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
- 2 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda qızıl hasil edən şirkət istehsalı artırıb – Satış qiyməti 24% yüksəlib
-
14 saat əvvəl
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
15 saat əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 15 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Rəsmi məzənnələr açıqlandı
Dizel qiymətlərini endirmək üçün fövqəladə qərar qəbul edildi
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Azərbaycan–Qırğız İnkişaf Fondunun kapitalının ikiqat artırılması parlamentdən keçib
“Anglo Asian Mining”in mis hasilatı 4,1 dəfə artıb
Ən çox oxunanlar
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
Çin şirkətləri Azərbaycanda istixanalar, heyvandarlıq və emal müəssisələri yaratmağı nəzərdən keçirirlər
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























