Azərbaycanın dövlət borcu 28,6 milyard manata çatacaq – İki ildə 2,6 milyard manat artım gözlənilir
Dövlətin borcu 2,6 milyard manat artacaq – YENİ PROQNOZLARAzərbaycanın dövlət borcunun 2027-ci ilin sonuna 28 milyard 594,9 milyon manata çatacağı proqnozlaşdırılır. Bu, 2025-ci ilin sonundakı faktiki göstərici ilə müqayisədə 2 milyard 607,4 milyon manat və ya 10% artım deməkdir.
Marja.az xəbər verir ki, bu barədə “2025–2027-ci illər üzrə dövlət borcu ilə bağlı göstəricilər” adlı büdcə sənədində bildirilir.
Sənədə əsasən, 2025-ci ilin sonunda Azərbaycanın dövlət borcu 25 milyard 987,5 milyon manat təşkil edib. 2026-cı ilin sonuna dövlət borcunun 26 milyard 953,2 milyon manata, 2027-ci ilin sonunda isə 28 milyard 594,9 milyon manata yüksələcəyi gözlənilir.
Beləliklə, 2026-cı ildə dövlət borcunun 965,7 milyon manat və ya 3,7%, 2027-ci ildə isə əvvəlki illə müqayisədə 1 milyard 641,7 milyon manat və ya 6,1% artacağı proqnozlaşdırılır.
Dövlətin xalis borclanması sürətlənəcək
Büdcə sənədində diqqətçəkən məqamlardan biri dövlətin xalis birbaşa borclanmasının artmasıdır. 2025-ci ildə Azərbaycanın xalis birbaşa dövlət borclanması mənfi 1 milyard 392,7 milyon manat təşkil edib. Bu, il ərzində xalis birbaşa borclanma üzrə borcun azaldığını göstərir.
Lakin 2026-cı ildə bu göstəricinin müsbət 965,7 milyon manat, 2027-ci ildə isə 1 milyard 641,7 milyon manat olacağı proqnozlaşdırılır. Başqa sözlə, 2025-ci ildə xalis borcun azaldılması ilə xarakterizə olunan vəziyyətdən 2026–2027-ci illərdə xalis borclanmanın artması mərhələsinə keçid gözlənilir.
2027-ci ildə xalis birbaşa dövlət borclanmasının 2026-cı illə müqayisədə 676 milyon manat və ya 70% artacağı proqnozlaşdırılır.
Dövlət borcuna xidmət xərcləri 2,2 milyard manat olacaq
Dövlət borcuna xidmət xərclərində isə fərqli dinamika gözlənilir. 2025-ci ildə dövlət büdcəsindən borca xidmət üçün 2 milyard 99,5 milyon manat xərclənib. 2026-cı ildə bu məqsədlə 2 milyard 457,6 milyon manat, 2027-ci ildə isə 2 milyard 200 milyon manat vəsait nəzərdə tutulur.
Beləliklə, 2026-cı ildə borca xidmət xərclərinin əvvəlki illə müqayisədə 358,1 milyon manat və ya 17,1% artacağı, 2027-ci ildə isə 257,6 milyon manat və ya 10,5% azalacağı proqnozlaşdırılır.
Dövlət borcunun ümumi həcminin artmasına baxmayaraq, 2027-ci ildə ona xidmət üçün nəzərdə tutulan büdcə xərclərinin azalması diqqət çəkir.
Qeyd edək ki, dövlət borcuna xidmət xərclərinə borc öhdəlikləri üzrə əsas məbləğin qaytarılması və faiz ödənişləri daxildir. Təqdim olunan sənəddə bu xərclərin əsas borc və faiz ödənişləri üzrə ayrıca bölgüsü göstərilməyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 həftə sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
-
12 saat əvvəl
Sahibkarlar Həftəsində Yapı Kredi Bank Azərbaycandan biznes müştərilərinə xüsusi fürsətlər ®
-
12 saat əvvəl
"Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə bilərik"
-
13 saat əvvəl
“Hermes” lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
-
13 saat əvvəl
OBA müharibə veteranlarının məşğulluğuna verdiyi töhfəyə görə təltif olunub
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
-
14 saat əvvəl
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
- 16 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Prezident İlham Əliyev Vyetnamda rəsmi səfərdədir
Ən çox oxunanlar
Ağdam Sənaye Parkında yeni şirkət: 22 milyon manatlıq layihə - lift və eskalator istehsal olunacaq
Bank olmayan kredit təşkilatına lisenziya verilib
Vergi yoxlamaları riskə görə aparılacaq – Dövlət Vergi Xidməti yeni mexanizm hazırlayır


























