970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR

"Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 29% artırılacaq— 2027-ci ildə 3,07 milyard manat. Dövlət Neft Fondundan büdcəyə transfertlər 2030-cu ilədək 9,35 milyard manata endiriləcək — 2026-cı ilin proqnozu ilə müqayisədə 3,485 milyard manat azalma. Azərbaycanda 2030-cu ildə vergi gəlirləri 26 milyard manatı keçəcək — dövlət büdcəsi gəlirlərində payı 64,8%-ə çatacaq.
AzVak-mobil_resmin_ustu_31
Vergi gəlirləri artırılır, Neft Fondundan büdcəyə transfertlər azaldılır – 2030-cu ilədək PROQNOZLAR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7% çoxdur.

Marja.az xəbər verir ki, bu barədə 2027–2030-cu illər üzrə dövlət büdcəsinin gəlirlərinə dair proqnoz göstəricilərində bildirilir.

Sənədə əsasən, 2028-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 478 milyon manat, 2029-cu ildə 39 milyard 936,9 milyon manat, 2030-cu ildə isə 40 milyard 577 milyon manat təşkil edəcəyi gözlənilir.

Beləliklə, 2027–2030-cu illərdə dövlət büdcəsinin illik gəlirləri 1 milyard 323 milyon manat artacaq.

Vergi gəlirləri 22,8 milyard manata çatacaq

2027-ci ildə dövlət büdcəsinin vergi gəlirlərinin 22 milyard 786 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 1 milyard 395 milyon manat və ya 6,5% artım deməkdir.

Vergi gəlirlərinin 2028-ci ildə 23 milyard 688 milyon manat, 2029-cu ildə 24 milyard 936 milyon manat, 2030-cu ildə isə 26 milyard 298 milyon manata çatacağı gözlənilir.

Bununla da 2027-ci ildə büdcə gəlirlərinin təxminən 58%-ni təşkil edən vergi gəlirlərinin payı 2030-cu ildə 64,8%-ə yüksələcək.

Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmalarının 2027-ci ildə 17 milyard 785 milyon manat olacağı nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozundan 1 milyard 438 milyon manat və ya 8,8% çoxdur.

Gömrük Komitəsinin xətti ilə vergi daxilolmalarının isə 2026-cı ildəki 5 milyard 44 milyon manatdan 2027-ci ildə 5 milyard 1 milyon manata enəcəyi proqnozlaşdırılır.

Fiziki şəxslərdən gəlir vergisi 29% artacaq

2027-ci ildə fiziki şəxslərdən gəlir vergisi üzrə dövlət büdcəsinə daxilolmaların 3 milyard 70 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin proqnozundan 690,7 milyon manat və ya 29% çoxdur.

Hüquqi şəxslərin mənfəət vergisi üzrə daxilolmaların 403 milyon manat artaraq 6 milyard 983 milyon manata, Dövlət Vergi Xidmətinin xətti ilə əlavə dəyər vergisi üzrə daxilolmaların isə 219,7 milyon manat artaraq 4 milyard 686 milyon manata çatacağı nəzərdə tutulur.

Aksiz vergisi üzrə daxilolmaların 1 milyard 669 milyon manat, sadələşdirilmiş vergi üzrə daxilolmaların isə 467 milyon manat olacağı proqnozlaşdırılır.

Neft Fondundan büdcəyə transfertlər azalacaq

2027-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 900 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulur. Bu, 2026-cı ilin proqnozlaşdırılan 12 milyard 835 milyon manatlıq transfertindən 935 milyon manat və ya 7,3% azdır.

Transfertlərin növbəti illərdə də azaldılması planlaşdırılır. Belə ki, Dövlət Neft Fondundan büdcəyə daxilolmaların 2028-ci ildə 11 milyard 50 milyon manat, 2029-cu ildə 10 milyard 200 milyon manat, 2030-cu ildə isə 9 milyard 350 milyon manat olması proqnozlaşdırılır. Nəticədə, Dövlət Neft Fondunun transfertlərinin ümumi dövlət büdcəsi gəlirlərində payı 2027-ci ildəki 30,3%-dən 2030-cu ildə təxminən 23%-ə enəcək.

Bu göstəricilər ortamüddətli dövrdə büdcənin Neft Fondundan transfertlərə asılılığının azaldılmasının planlaşdırıldığını göstərir.

Qeyri-vergi gəlirləri 2,3 milyard manat azalacaq

Proqnozlara əsasən, 2027-ci ildə dövlət büdcəsinin qeyri-vergi gəlirləri 16 milyard 765 milyon manat təşkil edəcək. Bu, 2026-cı illə müqayisədə 453 milyon manat və ya 2,6% azdır.

2028-ci ildə qeyri-vergi gəlirlərinin 16 milyard 112 milyon manat, 2029-cu ildə 15 milyard 348,9 milyon manat, 2030-cu ildə isə 14 milyard 467 milyon manat olacağı proqnozlaşdırılır. Beləliklə, 2027–2030-cu illər ərzində qeyri-vergi gəlirləri 2 milyard 298 milyon manat və ya 13,7% azalacaq.

Qeyri-vergi gəlirlərinin azalmasında Dövlət Neft Fondundan büdcəyə transfertlərin mərhələli şəkildə aşağı salınması əsas amillərdən biridir.

Gömrük rüsumlarından daxilolmalar artacaq

2027-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə gömrük rüsumlarından 1 milyard 867 milyon manat daxilolma gözlənilir. Bu, 2026-cı ilin proqnozundan 49 milyon manat və ya 2,7% çoxdur. Gömrük rüsumlarından daxilolmaların 2030-cu ildə 2 milyard 10 milyon manata çatacağı nəzərdə tutulur.

Dövlət rüsumları üzrə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların isə 2027-ci ildə 420 milyon manat, 2030-cu ildə 490 milyon manat olması proqnozlaşdırılır.

Qeyd edək ki, təqdim olunan proqnoz cədvəlində eyni gəlirin iki dəfə tanınmasının qarşısını almaq məqsədilə qanunvericiliyə təklif edilən dəyişiklik əsasında ümumi gəlirlərdən və qeyri-vergi gəlirlərindən müvafiq məbləğlərin çıxıldığı bildirilib.

Azərbaycan dövlət büdcəsi 2027 2030-cu ilin dövlət büdcəsi dövlət büdcəsinin gəlirləri vergi gəlirləri qeyri-vergi gəlirləri Dövlət Neft Fondu SOFAZ transfertləri Dövlət Vergi Xidməti Dövlət Gömrük Komitəsi gəlir vergisi mənfəət vergisi büdcə proqnozları.
16.10.2026 11:04
indi kredit sifariş et_33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana səhifədə 2-ci reklam-2_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
Xəbər mətn sağ 5-ci_19